Kitabxanada görkəmli
yazıçıya həsr olunmuş tədbir
İyunun 18-də Nərimanov Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində Xalq yazıçısı İlyas Əfəndiyevin 100 illik yubileyi münasibətilə tədbir keçirilib.
“Böyük teatr fədaisi - İlyas
Əfəndiyev” mövzulu tədbirdə
xidmət şöbəsinin baş
kitabxanaçısı Mirxanım Talıbova görkəmli ədibin
həyatı və zəngin yaradıcılığı
haqqında ətraflı məlumat verib. Daha sonra 64, 39, 193 nömrəli
orta məktəblərin şagirdləri
yazıçının xatirəsinə həsr olunmuş şeirlər söyləyib, əsərlərindən
parçalar oxuyublar.
Mədəniyyət.- 2014.- 20 iyin.-
S.10.