Azərbaycan: minillik ənənəli mətbəx

 

FransanınMaisonportalında məqalə

 

Fransanın “Maison.com” internet portalında Azərbaycan mətbəxinin zənginliyindən bəhs edənAzərbaycan: minillik ənənəli mətbəxsərlövhəli məqalə yerləşdirilib.

Məqalədə azərbaycanlı ekspert Leyla Rəhmanovanın tərtib etdiyi fransız dilində çap olunanAzərbaycan mətbəxikitabında zənginliyi müxtəlifliyi ilə diqqəti cəlb edən mətbəximiz barədə fransız oxuculara ətraflı məlumat verildiyi qeyd olunur. Yazıda müxtəlif çeşidli yeməklərimizin hazırlanması qaydaları haqda da geniş məlumat verilir.

Məqalədə ətdən müxtəlif yeməklərin hazırlandığı, onların arasında dolmanın Azərbaycan mətbəxində xüsusi yeri olduğu, xalqımıza məxsus dolmanın Orta Asiya, Qafqaz, Balkanlar, Şimali Afrika digər bölgələrdə geniş yayıldığı, onun üzüm yarpağı, kələm badımcandan hazırlanan növünün olduğu bildirilir.

Məqalənin tam mətni ilə aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür:

www.maison.com/cuisine/nouveau/azerbaidjan-cuisine-tradition-millenaire-7923

 

 Fəxriyyə Abdullayeva

Mədəniyyət.- 2014.- 20 iyun.- S. 9.