Gənclər
arasında dekorativ-tətbiqi sənət müsabiqəsi
Şəki şəhərində
müsabiqənin yekun sərgisi keçirilib
İyunun 17-də Şəki şəhərində Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən dekorativ-tətbiqi sənət müsabiqəsinin yekun sərgisi və qaliblərin mükafatlandırılması mərasimi olub.
XIX əsrə aid tarixi-memarlıq abidəsi “Yuxarı Karvansaray” mehmanxana kompleksinin həyətində təşkil edilən mərasimdə nazirliyin rəsmisi Kənan Kərimov çıxış edərək “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrasını təmin etmək məqsədilə keçirilən müsabiqənin yaradıcı gənclərin istedadlılıq qabiliyyətlərinin üzə çıxarılması, onların təcrübə, bilik və bacarıqlarının daha da artırılması məqsədi daşıdığını bildirib.
Qeyd olunub ki, müsabiqənin ilkin seçim mərhələsi bu ilin fevral-mart aylarında yerlərdə keçirilib. İlkin mərhələdə seçilmiş ən yaxşı əl işləri müsabiqənin yekun sərgisinə təqdim olunub.
Müsabiqənin yekun sərgisində respublikanın 16 şəhər və rayonunu təmsil edən 120 gəncin dekorativ-tətbiqi sənətin 8 növü üzrə 200-dən artıq əl işi nümayiş etdirilib. Nazirliyin rəsmisi sərgidə iştirak edən gənc müəlliflərin gələcəkdə xarici ölkələrdə keçiriləcək beynəlxalq sərgilərdə, müsabiqələrdə Azərbaycanı layiqincə təmsil edəcəklərinə əminliyini bildirib.
Sərgi ilə tanışlıqdan sonra müsabiqə qalibləri
mükafatlandırılıb. Münsiflər heyətinin rəyinə
əsasən, xalçaçılıq, qobelen,
batika, dulusçuluq,
zərgərlik, bədii şüşə, bədii tikmə
və digər növlər üzrə qalib
gəlmiş gənc müəlliflərə sertifikat
və pul mükafatları təqdim olunub. Yekun sərgi iki gün davam
edib.
Mədəniyyət.- 2014.- 20 iyun.-
S. 8.