Azərbaycan - doğma diyar

 

Milli azlıqların IV respublika festivalı keçiriləcək

 

Ölkəmizdə yaşayan milli azlıq etnik qrupların mədəniyyətinin, incəsənətinin, adət-ənənələrinin dilinin qorunub saxlanılması üçün məqsədyönlü aparılır, bu mədəni zənginlik Azərbaycan mədəniyyətinin tərkib hissəsi kimi inkişaf edir. Mədəniyyət Turizm Nazirliyi tərəfindən 2006-cı ildən etibarən Bakı şəhərində "Azərbaycan-doğma diyar" devizi altında azsaylı xalqların incəsənəti festivalları keçirilir. 2006, 2008 2011-ci illərdə keçirilən festivallar respublikanın ictimai-mədəni həyatında mühüm hadisə kimi yadda qalıb. Festivallar çərçivəsində Azərbaycan etnik musiqisinə həsr olunmuş nəşrlər hazırlanıb, azsaylı xalqların etnik qrupların mədəni irsinin qorunması mövzularında elmi konfranslar keçirilib, onların həyat yaşayış tərzini əks etdirən fotosərgilər təşkil edilib. Festivallar kütləvi informasiya vasitələrində geniş işıqlandırılıb, elmi konfransların materialları "Musiqi dünyası" jurnalında çap olunub. İctimai Televiziya tərəfindən festivallara informasiya dəstəyi verilib.

Görülən işlərin davamı olaraq 23-25 iyun tarixlərində "Azərbaycan - doğma diyar" devizi altında milli azlıqların IV respublika festivalının keçirilməsi nəzərdə tutulur. Festival çərçivəsində iyunun 23-24-də R.Behbudov adına Mahnı Teatrında bədii kollektivlərin çıxışları, 25 iyunda Muzey Mərkəzində milli azlıqların həyat yaşayış tərzini əks etdirən "Bir ailədə" adlı fotosərginin "Azərbaycanda etnik- mədəni müxtəliflik multikultural ənənələr" mövzusunda dəyirmi masanın təşkili planlaşdırılır.

Həmçinin tirajı 1000 nüsxə olmaqla 5 dildə (Azərbaycan, ingilis, rus, fransız, alman) "Azərbaycanda yaşayan milli azlıqların mahnıları" (CD) diskinin buraxılması nəzərdə tutulur. İyunun 25-də Azərbaycan Dövlət Musiqili Teatrında festivalın qala konserti olacaq. İctimai Televiziya tərəfindən festivala informasiya dəstəyi verilir.