Yunanıstan - ən qədim turizm ölkəsi
Dünya turu
Dünya sivilizasiyasının ən
qədim məskənlərindən
biri olan Yunanıstan antik dövrdən bəri zəngin tarixi-mədəni
irsi, incəsənəti,
eləcə də istirahət imkanları, çimərlikləri ilə
əcnəbilərin diqqətini
cəlb edib. Bu baxımdan ölkədə
turizmin kökləri keçmiş zamanlara gedib çıxır.
Müasir dövrdə isə Yunanıstanda turizmin inkişafı 1960-1970-ci illərdə
başlayıb və ölkə dünyada aparıcı mövqelərə
çıxıb. Sonrakı dövrdə
hotel və digər turizm infrastrukturu obyektlərinin inşası
genişləndikcə, ölkəyə
gələn turistlərin
sayı da artırdı. 2004-cü ildə
paytaxt Afinada keçirilən Yay Olimpiya Oyunları bu artım tempinə
xüsusilə təkan
verdi. Bununla belə
son illər ölkədə
yaşanan maliyyə-iqtisadi
böhran turizm sektoruna da mənfi
təsir göstərib.
Məsələn, 2007-ci ildə
11 milyon əhalisi olan ölkəyə 19 milyon turist gəldiyi
halda, böhranın başladığı 2008-ci ildə
bu rəqəm 17,5 milyona enmişdi.
Ümumiyyətlə, Yunanıstan dünya
turizm istiqamətləri
sırasında 10-12-ci yerləri
bölüşdürür və bu sahə
ölkənin ümumi
daxili məhsulunun 15 faizini təşkil edir.
Yunanıstanın ən çox səfər edilən regionları ölkənin
şimalındakı Mərkəzi
Makedoniya, eyni zamanda cəlbedici məkanlar olan Xalkidiki, Olimp dağı, Pella, Böyük
İsgəndərin doğulduğu
və eyni zamanda ölkənin ikinci ən böyük şəhəri
olan Salonikidir. Afinadakı Akropol muzeyi kimi tarixi-mədəni məkanlar da turist axınını sürətləndirən amillər
sırasındadır.
Konfrans turizmi
Yunanıstanda konfrans (işgüzar) turizmi milli turizm
siyasətinin təməl
daşıdır. Yunan hökuməti
bu turizm növünü təşviq
etmək üçün
yerli hakimiyyət orqanlarına müxtəlif
tədbirlərin təşkilinə
dəstək verir, lizinq və məşğulluq subsidiyaları,
vergi güzəştləri
təklif edir. Toplantı və təşviqi səyahətlərin bu yaxınlarda hazırladığı
hesabata görə, Yunanıstan konfranslar üçün turist gecələmələrinə görə
dünyada səkkizinci
sırada dayanır.
Muzeylər
Dünyadakı muzeylərin bir çox növləri Yunanıstanda yerləşir. Onların çoxuna
Yeni Akropol Muzeyi və Milli Arxeoloji Muzeylərin yerləşdiyi
Afinada rast gəlmək olar. Bundan başqa, Afinada Milli Qalereya, çoxlu sayda müxtəlif qalereyalar mövcuddur. Salonikidə də
Bizans Muzeyi kimi çoxlu muzeylər var. Ümumilikdə,
ölkədə turistlərin
asanlıqla ziyarət
edə bildiyi 150-yə
yaxın muzey fəaliyyət göstərir.
Yunanıstana gələn turistlər
muzeylərə də
maraq göstərirlər.
Yüksək incəsənət kulinariyası
Yunanıstan mətbəxi əsrlərdir
ki, öz müxtəlifliyi və ləziz yeməkləri, yüksək keyfiyyəti ilə tanınır. Yunanıstana səyahət gözəl
zövqlərin, dadların,
gözlənilməz kombinasiyaların
və sonsuz müxtəlifliyin maraqlı
kəşfi deməkdir.
Ümumi xüsusiyyətlərə
gəlincə, Yunanıstan
üçün xarakterik
olan xüsusi dadları - limon,
kəklikotu, dəfinə
yarpağı, rozmarin
və əlbəttə
ki, zeytun yağını qeyd etmək olar. Ən yaxşı ət, təzə balıq, dəniz məhsulları və ağartı məhsulları kiçik
fermerlər tərəfindən
istehsal olunur. Enerjili, yaradıcı yunan aşpazları isə beynəlxalq tədbirlərdə
ölkənin mətbəxini
təqdim etməklə
gözəl təəssürat
yaradırlar. Öz maraqlı
yemək reseptləri və incə maddələrin gözlənilməz
birləşməsi ilə
yaradıcı eksperimentləri
özündə cəmləşdirən
müasir yunan mətbəxi yüksək
incəsənət kulinariyasının
məbədlərindən biridir.
Aqroturizm
Ekologiya, kənd təsərrüfatı,
yerli kulinariya və müəyyən yerli adətlər, təmiz hava, təbiilik, sülh və qonaqpərvərlik
- bütün bunlar aqroturizmin faydalı tərəfləridir. Bu turizm
növünü seçməklə
siz ana təbiətə
yaxınlaşırsınız. Kənd təsərrüfatı həyatında
iştirak etməklə
sadə səyahət
təcrübəsi ilə
ənənələrə qayıdırsınız. Yunanıstanda təbii resursların
nadir mədəni və
ənənələrlə birləşməsi maraqlı
bir təcrübə yaradır ki, bu da turistlərə
təbiətdən zövq
almağa imkan verir. Məsələn, bu zaman turistlər ənənəvi
zeytun yağının
sıxılması, şərab
hazırlanması, meyvə
dərilməsi, göbələk
yığımı, qatıq,
pendir hazırlanmasının
iştirakçısı olur.
Bu turizm növünü
seçməklə hətta
kulinariya dərslərində
də iştirak edə, yunan kulinariya nümunələrinin
hazırlanmasını öyrənə
bilərsiniz.
Fotoobyektiv üçün bənzərsiz
kadrlar
Əgər siz Yunanıstana
səfər etməyi
planlaşdırırsınızsa, özünüzlə iki əşyanı mütləq
götürməlisiniz: yüksək
keyfiyyətli rəqəmli
kamera və geniş imkanlara malik yaddaş kartı. Bununla da siz bu nadir gözəlliklərə
malik ölkədə
kifayət qədər
şəkil çəkə
bilərsiniz.
Məsələn, aypara formalı Sayisledi adası dünyada ən çox maraq göstərilən məkanlardan
hesab olunur. Dənizin ortasında
yerləşən Oya
kəndinə getməklə
sizin heyrətamiz şəkil çəkmək
imkanınız olacaq.
Qürub
zamanı gül rəngi almış göy isə sizə mükəmməl
arxa fonu olan şəkil çəkmək imkanı
verir.
Şimali Yunanıstanda Xalkididəki
Afos dağında yerləşən monastır
idarəetməsinə əsaslanan
Afos icması fikir və ilham
axtaranlara mənəvi
maarifləndirmə təklif
edir. Yarımada boyunca
unikal təbii gözəlliklərlə zəngin
mənzərələrdə yerləşən 20 monastır
UNESCO-nun dünya irs siyahısına daxil edilib.
Afinanın ən böyük və ən gözəl ehramları Afina Akropolunda yerləşib. Bu məkan da UNESCO-nun irs
siyahısında yer alır. Bu dünya
üzrə fotoaparatın
yaddaşına ən
çox köçürülən
yerlərdəndir. Öz möhtəşəm
keçmişini yaşadan
abidə işıqlandırılarkən
qaranlıq Afina səmalarında qürurla
görünür.
Gəmi səyahəti
Gəmi ilə səyahətdə
birinci dayanacağınız
gözəl Andros adasında
sizi göyərçinlər
və qağayılar
qarşılayır. Tinos isə öz müqəddəs aurası
və nadir mənzərələri
ilə sizi valeh edəcək. Bütün kompaslar sonra sizi öz gecə
həyatı və külək dəyirmanları
ilə məşhur olan kosmopolit ada Maykonosa aparacaq.
Bu ada həm
də keçmişlə
gələcəyi birləşdirir.
Küləyin istiqaməti ilə
üzdükcə siz Naksosa yaxınlaşacaqsınız
və burada Egeyin qumlu çimərliklərini
öz gözlərinizlə
görəcəksiniz. İrəlidə isə sizi özünəməxsus konusvarı
formasına malik və həddindən artıq yüksək olan Kalmos adası
gözləyir. Səhər Ayosdakı
qayıq, qızıl
qumlu sahillər və əlvan bəzədilmiş körfəz
sizi heyran edəcək. Qağayılar və delfinlərin sizi Serifos, Sifons
və Milosa müşayiət edəcək.
Qayalı mənzərələr, heyrətamiz çimərliklər,
təbii sığınacaqlar
həm də yeni tanışlıq üçün gözəl
turizm məkanlarıdır.
Bir sözlə, Yunanıstana
səyahət etmək
sizə təkcə xoş istirahət deyil, həm də yeni-yeni maraqlı yerlərin kəşfini vəd edir.
Mehparə
Mədəniyyət.- 2014.- 25 iyun.-
S.11.