Turizm İnstitutu Yade Universiteti ilə müqaviləsini yeniləyib
ATİ-nin rektoru, tarix
elmləri doktoru,
professor Cəfər Cəfərov
və institutun bir qrup əməkdaşı
Almaniyanın Vorms şəhərində Avropa
İttifaqının Tempus layihəsi
çərçivəsində təşkil olunmuş konfransda, həmçinin
ATİ və Yade Tətbiqi Elmlər Universiteti arasında beş il əvvəl
başlanmış əməkdaşlığın
yubiley tədbirində
iştirak edib.
Konfransda
Almanyanın Vorms Universitenin prezidenti
professor Yens Hermsdorf çıxış
edərək rəhbərlik
etdiyi ali
təhsil ocağının
layihədə iştirakından,
həmçinin növbəti
mərhələdə həlli
zəruri bilinən
problem məsələlərdən bəhs edib. Vorms şəhərinin meri
Hans-Joakim Kosubek şəhərin tarixindən,
müasir iqtisadi durumundan söz açıb.
Cəfər Cəfərov konfransın
təşkili və səmimi dəvətə
görə layihə rəhbərliyinə təşəkkürünü
bildirib. ATİ-nin
tədqiqat və inkişaf şöbəsinin
mütəxəssisi Yulius
Arneggerin Azərbaycanda
davamlı turizmin inkişafı ilə bağlı təqdimatı
iştirakçılar tərəfindən
maraqla qarşılanıb.
Konfrans öz işini yekunlaşdırdıqdan
sonra Cəfər Cəfərov və beynəlxalq əlaqələr
şöbəsinin mütəxəssisi
Nəzrin Əliyeva Vilhelmsafen şəhərində
ATİ və Yade Tətbiqi Elmlər Universiteti arasında əməkdaşlığın 5-ci ildönümünə həsr
olunmuş tədbirə
qatılıblar. Tədbirdən sonra Vilhelmsafen
şəhərinin meri
Horger Borkovski ATİ nümayəndə heyəti
ilə görüşüb.
Səfərin son günü Yade TEU-nun prezidenti E.Şrayber və ATİ-nin rektoru C.Cəfərov yenilənmiş əməkdaşlıq
müqaviləsi imzalayıblar.
Fəxriyyə Abdullayeva
Mədəniyyət.- 2014.- 25 iyun.-
S.10.