Bakıxanov və Azərbaycan
fəlsəfi fikri
İyunun
20-də Şirvan şəhər Mərkəzi
kitabxanasında yazıçı, mütəfəkkir, alim
Abbasqulu ağa Bakıxanovun 220 illiyi münasibətilə
“Abbasqulu ağa Bakıxanov və Azərbaycan fəlsəfi
fikri” mövzusunda söhbət aparıldı.
Kitabxananın informasiya-resurs şöbəsinin müdiri Mehriban Alxasova qeyd etdi ki, A.Bakıxanov Azərbaycan xalqının ensiklopedik biliyə malik mütəfəkkir simalarından biridir. O, tarix, fəlsəfə, ilahiyyat və etikaya dair qiymətli əsərlər müəllifi, fəal maarifçi, eyni zamanda klassik Azərbaycan poeziyasının sirlərinə bələd olan şair kimi tanınır.
Kitabxananın əməkdaşı Yeganə Nağdəliyeva çağdaş mədəniyyətin Şərqdə ilk carçılarından olan Bakıxanovun elmi, ədəbi, fəlsəfi xidmətlərindən danışdı. Qeyd olundu ki, müəllifin “Təhzibül-əxlaq”, “Nəsihətlər”, “Kəşfül-qəraib”, “Kitabi-Əsgəriyyə”, “Mişkatül-ənvar” və s. əsərləri bu gün də aktuallığını itirməyib. Digər çıxış edənlər Bakıxanovun cəmiyyət haqqında fikirlərindən, əxlaqi-fəlsəfi ideyalarından söz açdılar.
Vəzufə Xuduyeva
Mədəniyyət.- 2014.- 25 iyun.-
S.9.