Folklorçularımız
beynəlxalq aşıqlar bayramında
Türkiyənin
Qars şəhərində keçirilən IX beynəlxalq
aşıqlar bayramına Azərbaycan, İran,
Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan,
Türkmənistan və Tatarıstandan nümayəndələr
qatılıb.
Ustad sənətkar Çobanoğlunun məzarının ziyarəti
ilə başlanan tədbir daha sonra önündə
məşhur saz-söz xiridarı
aşıq Şenliyin abidəsinin qoyulduğu Qars Şəhər
Mədəniyyət Mərkəzində davam
etdirilib. Aşıqlar
bayramında AMEA-nın Folklor İnstitutunun şöbə müdiri
Ağaverdi Xəlilin “Türk
xalqlarının mədəniyyətində aşıq ənənəsinin
yeri, rolu və əhəmiyyəti”,
elmi işçi Nailə
Əsgər “Aşıq ənənəsi və
Çıldır aşıq mühiti”
mövzularında məruzələri maraqla
dinlənilib. Altay Məmmədli və Solmaz Kosayeva öz ifaları ilə Azərbaycan
aşıq sənətinin gözəlliklərini mükəmməl
şəkildə nümayiş etdiriblər.
Sonda iştirakçılara sertifikatlar və mükafatlar
təqdim edilib.
Mədəniyyət.- 2014.- 25 iyun.-
S. 9.