Azərbaycanlı rəssam beynəlxalq müsabiqədə qızıl medala layiq görülüb

 

Suriyada ənənəvi təşkil olunan IX Beynəlxalq Karikatura Müsabiqəsinə yekun vurulub. Azərbaycan Karikaturaçı Rəssamlar Birliyindən verilən məlumata görə, “Dünya səhnədir” mövzusunda müsabiqənin münsiflər heyətinə Fransa, Rumıniya, İran, Mərakeş və Xorvatiyadan tanınmış karikaturaçılar dəvət olunublar. Müsabiqəyə dünyanın müxtəlif ölkələrindən yüzlərlə rəssam qatılıb. Azərbaycanlı karikaturaçı rəssam Bayram Hacızadə müsabiqənin qızıl medalına layiq görülüb. Bu, rəssamın beynəlxalq müsabiqələrdə qazandığı beşinci qızıl medaldır.

 

Mədəniyyət.- 2014.- 25 iyun.- S.5.