Elektron mediada milli-mənəvi
dəyərlərin təbliği
Layihə çərçivəsində “Azərbaycançılıq - bizi
birləşdirən dəyər”
adlı elektron toplu hazırlanıb
“Effektiv Təşəbbüslər
Mərkəzi” İctimai
Birliyi Azərbaycan Respublikasının Prezidenti
yanında Qeyri-Hökumət
Təşkilatlarına Dövlət
Dəstəyi Şurasının
maliyyə yardımı
ilə “Elektron və sosial mediada azərbaycançılıq
məfkurəsi və
milli-mənəvi dəyərlərin
təbliği” adlı
layihə həyata keçirib. Bu, ictimai
birliyin 2009-cu ildən
Şuranın dəstəyi
ilə reallaşdırdığı
“azerbaycanli.org - milli eyniyyətdən
qlobal dünyaya pəncərə” layihəsinin
növbəti mərhələsidir.
Ötən müddətdə layihə
çərçivəsində
www.azerbaycanli.org saytı (Azərbaycan,
rus, ingilis dillərində) yaradılıb,
“Bizim təqvim”, “Qarabağ tarixinin salnaməsi”, “Qarabağ ədəbiyyatı”, “Mədəniyyət
gündəliyi”, “Yaddaşın
vəhdəti: bölünməz
tariximizin 200 ili” adlı elektron toplular hazırlanıb.
Layihənin bu mərhələsində
isə “Azərbaycançılıq - bizi
birləşdirən dəyər” adlı elektron
toplu yaradılıb. Toplu
azerbaycanli.org saytında yerləşdirilib,
eyni zamanda internet məkanda, sosial mediada yayılacaq. Layihə çərçivəsində
həmçinin azerbaycanli.org analitik-informasiya portalının dizaynı əsaslı
şəkildə yenilənib, funksional
imkanları genişləndirilib.
Mədəniyyət.- 2014.- 28 iyun.-
S.13.