Milli Dram Teatrının bölgələrə qastrol
səfəri
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının yaradıcı kollektivi
23-25 iyun tarixində Zaqatala, Şəki, Balakən bölgəsində
qastrol səfərində
olub.
Teatrın mətbuat xidmətindən
bildiriblər ki, yaradıcı kollektiv qastrolda Cəlil Məmmədquluzadənin eyniadlı
pyesi əsasında hazırlanmış “Anamın
kitabı” dramını
və Abdulla Şaiqin
“Danışan gəlincik”
uşaq tamaşasını
nümayiş etdirib. Hər iki tamaşa yerli tamaşaçılar
tərəfindən maraqla
qarşılanıb.
“Anamın kitabı” tamaşasına H.Ərəblinski
adına Sumqayıt Dövlət Musiqili Dram Teatrının
baş rejissoru, Əməkdar artist Firudin Məhərrəmov quruluş
verib. Quruluşçu rəssamı Ülviyyə
Zərbəliyeva, musiqi
tərtibatçısı Həmid Kazımzadədir.
Tamaşanın əsas ideyası Vətənə, xalqa, ana dilinə sadiq olmağa çağırışdır. Tamaşa yüksək
ideyasına və dərin məzmununa görə də böyük tərbiyəvi
əhəmiyyət daşıyır.
Rolları Xalq artisti Səidə Quliyeva , əməkdar artistlər Sevinc Əliyeva, Ayşad Məmmədov, Kazım Həsənquliyev,
Aslan Şirin, Mirzə Ağabəyli, Firuz Xudaverdiyev, aktyorlar Anar Heybətov, Hikmət Rəhimov, Ramin Şıxəliyev, Şəhla
Əliqızı, Elnar
Qarayev, Vüsal Mustafayev, Rəşad Bəxtiyarov oynayıblar.
“Danışan gəlincik”
tamaşasının quruluşçu
rejissoru Loğman Kərimov, quruluşçu
rəssamı İlham
Elxanoğlu, musiqi tərtibatçısı, rəqslərin
quruluşçusu Nigar
Güləhmədova, rejissor
assistenti Dilbər İsmayılovadır. Tamaşada
Şəhla Əliqızı,
Rəşad Bəxtiyarov,
Ramin Şıxəliyev,
Nigar Güləhmədova,
Hikmət Rəhimov, Günel İmanova və Aygün Baxışlı çıxış
ediblər.
Teatrın kollektivi iyunun 25-də qastrol səfərini
başa vurub Bakıya
qayıdıb.
Mədəniyyət.- 2014.- 28 iyun.-
S. 12.