Silahlı Qüvvələr Günü ilə bağlı tədbir

 

İyunun 25-də Şirvan şəhər Mərkəzi kitabxanasında Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü ilə əlaqədar tədbir keçirildi.

Kitabxananın xidmət şöbəsinin müdiri Alma Cəfərova tədbirdə çıxış edərək Azərbaycan Milli Ordusunun tarixindən söz açdı. Bildirdi ki, ordumuzun tarixi əslində müstəqilliyimizin və suverenliyimizin tarixidir. Qeyd olundu ki, 1993-cü ildə ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı Azərbaycan Silahlı Qüvvələri quruculuğunda da yeni mərhələnin başlanğıcı olmuşdur. Ulu öndər həmçinin Azərbaycan Silahlı Qüvvələri təhsil sisteminin banisidir.

Kitabxananın əməkdaşı Kəmalə İsayeva Azərbaycan ordusunun tarixindən bəhs edərək bildirdi ki, bu gün ölkəmiz hərbi potensialını daha da gücləndirmək üçün Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müəyyənləşdirdiyi hədəflərə doğru inamla irəliləyir.

Sonda tədbir iştirakçıları Silahlı Qüvvələr Gününə həsr olunmuş sərgi ilə tanış oldular.

 

Mehriban Novruzova

Mədəniyyət.- 2014.- 28 iyun.- S12