“Ümid sənədir ancaq, Azərbaycan
əsgəri!”
İyunun
25-də Astara rayon Mərkəzi kitabxanasında Azərbaycan
Silahlı Qüvvələri Gününə həsr
olunmuş “Ümid sənədir ancaq, Azərbaycan əsgəri!”
mövzusunda elmi-nəzəri konfrans keçirilib. Toplantıda
çıxış edən Mədəniyyət və Turizm Şöbəsinin müdiri
Şadoğlan Bayramov,
mərkəzləşdirilmiş kitabxana sisteminin direktoru Nazim Fərəməzov mövzu
ilə bağlı çıxış edərək, Azərbaycan
Ordusunun tarixindən söhbət
açıblar. Son illər Silahlı
Qüvvələrimizin hərbi qüdrətinin
artdığı, Azərbaycan Ordusunun bu gün
torpaqlarımızı daha etibarlı qorumağa qadir olduğu vurğulanıb. Şairə Sakitə
Əliyeva Azərbaycan Ordusuna həsr etdiyi şeirini oxuyub.
Mədəniyyət.- 2014.- 28 iyun.-
S.11.