II Bakı
beynəlxalq turizm filmləri festival
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı
ilə Nizami Kino Mərkəzində keçirilən
II Bakı beynəlxalq
turizm filmləri festivalına bu gün, iyunun 28-də yekun vurulacaq.
İyunun 25-də açılan festivalın
müsabiqə proqramına
31 ölkədən 68 ekran
əsəri daxil edilib. Ümumilikdə isə festivala
55 ölkədən 405 film təqdim olunub. Təşkilat komitəsi onların
arasında seçim apararaq müsabiqəyə
buraxılan filmləri
müəyyən edib.
Müsabiqə proqramında aşağıdakı
ölkələrdən filmlər
yer alıb: Azərbaycan, Almaniya,
Argentina, Avstraliya, Avstriya,
Banqladeş, Belçika,
Bosniya və Herseqovina, Böyük Britaniya, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Xorvatiya, İran, İsveçrə,
İtaliya, Laos, Latviya,
Litva, Moldova, Monteneqro,
Özbəkistan, Polşa,
Portuqaliya, Rusiya, Serbiya, Sloveniya, Türkiyə, Ukrayna, Yunanıstan. Proqramda Azərbaycandan 7 film iştirak edir.
Filmlər 6 kateqoriya üzrə
yarışırlar: “Ölkə,
region, şəhər”; “Mədəniyyət,
ənənə”; “Reklam
filmləri”; “Turizm xidmətləri”; “Ekoturizm
və xarici turizm” və “TV məhsullar (filmlər, videoçarxlar)”. Ekran nümunələrini
kinematoqrafçılardan, səyahət
və turizm ekspertlərindən ibarət
7 nəfərlik beynəlxalq
münsiflər heyəti
qiymətləndirir. Münsiflərdən
3 nəfər Azərbaycan
(Ayaz Salayev, Aynur Talıbova, Vüqar Şıxəmmədov),
4-ü isə xarici ölkələrin (Aleksandr
Kammel - Avstriya, Spomenka Saraqa - Xorvatiya, Tofiq Şahverdiyev - Rusiya, Can Özbatur - Türkiyə)
təmsilçiləridir. Jürinin sədri
Əməkdar incəsənət
xadimi Ayaz Salayevdir.
Festivalın birinci günündə “Ölkə, region, şəhər”
kateqoriyasından 15 film nümayiş
olunub. İkinci gün 20 film, iyunun
27-də isə 10 film göstərilib.
İyunun 28-də proqram üzrə
daha 23 ekran əsəri nümayiş
olunacaq və festivala yekun vurulacaq.
Münsiflərin qərarına əsasən,
hər kateqoriya üzrə üç
film mükafatlandırılacaq. Həmçinin
festivalın baş mükafatının (Qran pri) sahibi
elan olunacaq.
Mədəniyyət.- 2014.- 28 iyun.-
S. 2