Azərbaycanlı tenor Roma Opera
Teatrının səhnəsində
Tanınmış
azərbaycanlı tenor, 15 ilə yaxın İtaliyada
çalışan Yusif Eyvazov Roma Opera Teatrında məşhur
bəstəkarı Cakomo Puççininin “Manon Lescaut”
operasında çıxış edib.
“Manon
Lescaut” ilk dəfə 1893-cü ildə İtaliyanın Turin
şəhərində səhnəyə qoyulub və ötən
müddətdə bir çox opera teatrlarının
repertuarını bəzəyib.
Məşhur
rusiyalı opera sənətçisi Anna Netrebko ilə bir səhnəni
bölüşən Yusif Eyvazov tamaşada Des Grieux rolunu ifa
edib. Operanın dirijoru əfsanəvi Rikkardo Muti, rejissoru isə
Kiara Mutidir.
Tədbirdə
İtaliya Prezidenti Ciorcio Napolitano və xanımı Klio
Napolitano, Roma şəhərinin meri İqnazio Marino, yeni təyin
olunmuş mədəniyyət və turizm naziri Dario
Françeskini, məşhur mədəniyyət və incəsənət
xadimləri, Romada akkreditə olunmuş diplomatik nümayəndəliklərin
təmsilçiləri iştirak ediblər.
Bir neçə beynəlxalq müsabiqənin
qalibi və mükafatçısı olan Yusif Eyvazov italyan
musiqişünas Cianandrea Qavazzeni adına “Şərəf”
medalının sahibidir.
Mədəniyyət.- 2014.- 5 mart.-
S. 4.