Məktəblilərin
hesabat konserti
Fevralın 28-də Azərbaycan Milli İncəsənət Muzeyində R.Behbudov adına 2 nömrəli onbirillik musiqi məktəbi şagirdlərinin hesabat konserti keçirildi.
Tədbirdə Səbail Rayon İcra Hakimiyyətinin, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin əməkdaşları, Bakı Musiqi Akademiyasının professorları, Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqının sədri Cəmilə Səttarova və musiqi məktəblərinin direktorları iştirak edirdilər.
Əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Konserti məktəbin müəllimi Natəvan Əhmədova açaraq məktəbin fəaliyyəti haqqında danışdı.
Sonra konsert proqramı təqdim olundu. Məktəbin fortepiano, tar, kamança, skripka, fleyta ixtisası üzrə təhsil alan şagirdlərinin
ifaları dinlənildi.
Prezident təqaüdçüsü, respublika
müsabiqələri laureatlarının,
skripkaçılar ansamblının
çıxışları böyük marağa səbəb oldu.
Məktəbin məzunu Sadıq Məlikovun (vokal) ifasında ölməz sənətkar SSRİ Xalq
artisti Rəşid Behbudovun repertuarından təqdim olunan musiqi nömrələri alqışlarla qarşılandı. Şagirdlərin
ifasında A.Məlikovun
Prelüdiya, H.Rzayevin
Çahargah rapsodiyası,
V.A.Motsartın Fiqaronun
toyu operasından Uvertüra, F.Şopenin Polonez, E.Qriqin Etüd, P.İ.Çaykovskinin
Barkarolla, S.Prokofyevin
Marş, A.Skultenin
Arietta, D.Şostakoviçin Vals və başqa
əsərlər səsləndi.
Sonda məktəbin
direktoru, Əməkdar
mədəniyyət işçisi
Qəmər Quliyeva konsertin iştirakçılarına
öz təşəkkürünü
bildirdi.
Lalə
Mədəniyyət.- 2014.- 5 mart.-
S. 5.