Ölkəmiz
Parisdə sənaye dizaynerləri sərgisində təmsil
olunub
Parisdə keçirilən ənənəvi “Yüksək moda həftəsi” çərçivəsində sənaye dizaynerləri sərgisi təşkil edilib. Bu il tədbirdə ilk dəfə Azərbaycan stendi də nümayiş olunub. Ölkəmizi sərgidə dizayner Mənzər Hacıyeva təmsil edib. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Parisə səfəri zamanı sərgidə Azərbaycan stendini ziyarət edib.
Stendimizdə nümayiş etdirilən ipək
məhsulları, xüsusilə də kəlağayı sərgi
ziyarətçilərinin marağına səbəb olub.
Ziyarətçilərə Azərbaycan kəlağayısının
spesifikliyi və tarixi barədə məlumat verilib.
Mədəniyyət.- 2014.- 5 mart.-
S. 5.