“Lermontov və
Mirzə Fətəli Vətənə məhəbbət
haqqında”
Bakıdakı Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin (RİİM) nəzdindəki “Sozvezdiye” gənclərin yaradıcılıq klubu tərəfindən “Mixail Lermontov və Mirzə Fətəli Axundzadə Vətənə məhəbbət haqqında” mövzulu ustad dərsi təşkil edilib. Gənc rəssamlarla “Azərbaycan İncəsənət Konsulluğu” təşkilatından olan ustadlar məşğul olublar. Üç gün davam edən ustad dərsinə fevralın 28-də İçərişəhərdəki “Natəvan” rəsm qalereyasında yekun vurulub.
Qeyd edək ki, bu il böyük rus şairi, yazıçı, dramaturq Mixail Lermontovun 200 illik yubileyidir. Şair hərbi qulluqda ikən Qafqaza səfəri zamanı Mirzə Fətəli Axundzadə ilə tanış olub, onların arasında dostluq yaranıb. Axundzadənin sayəsində şair Qafqaz xalqları, onların adət və ənənələrini yaxından tanıyıb. Lermontov həmçinin Azərbaycan dilini öyrənməyə başlayıb. O, şeir yazmaqla yanaşı, həm də Qafqaz mənzərələrini çəkirdi.
Qalereyada gənc rəssamların Mirzə Fətəlinin və Lermontovun əsərlərinin motivləri əsasında çəkdikləri işlər nümayiş olunub.
“Rossotrudniçestvo” agentliyinin Azərbaycandakı
nümayəndəliyinin rəhbəri Valentin Denisov,
“Sozvezdiye” gənclərin yaradıcılıq klubunun rəhbəri
Münəvvər Muxtarova, qalereyanın direktoru Natəvan
Əliyeva və “Azərbaycan İncəsənət
Konsulluğu”nun direktoru Dadaş Məmmədov
çıxış edərək tədbirin əhəmiyyətini
qeyd ediblər.
Mədəniyyət.- 2014.- 5 mart.-
S. 5.