Yubiley tamaşasının premyerası

 

Martın 1-də Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrında böyük dramaturq Mirzə Fətəli Axundzadənin “Hekayəti-Molla İbrahimxəlil kimyagər” əsəri əsasında səhnələşdirilən eyniadlı tamaşanın premyerası olub.

Xalq artisti Valeh Kərimovun quruluş verdiyi tamaşada əsas rolları Əməkdar artist İzaməddin Bağırov, aktyorlardan Mövsüm Hüseynov, Yalçın Səlimov, İlqar İbrahimov, Vaqif Səmədzadə və başqaları ifa ediblər.

Qeyd edək ki, mart ayında Xalq artisti, Sumqayıt Dövlət Musiqili Dram Teatrının aktyoru Valeh Kərimovun 70 yaşı tamam olur. Tamaşa da aktyorun yubileyi münasibətilə ərsəyə gəlib. Səhnə əsəri alqışlarla qarşılanıb.

 

Mədəniyyət.- 2014.- 5 mart.- S. 6.