“Kölgə” nümayiş olundu

 

Martın 1-də Akademik Milli Dram Teatrında görkəmli rus yazıçı-dramaturqu Yevgeni Şvartsın “Kölgə” pyesi əsasında hazırlanan eyniadlı tamaşanın premyerası olub.

İndiyədək dünyanın bir çox teatrlarında tamaşaya qoyulmuş əsərə Əməkdar artist Nicat Kazımov quruluş verib. İnsani münasibətlər kontekstində haçalanmış fikirlərin, mühakimə və qeyri-müəyyənliklərin səhnə yozumu olan tamaşanın quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı Kamil İsmayılov, işıq üzrə rəssamı Rafael Həsənovdur.

Tamaşada əməkdar artistlər Ayşad Məmmədov, Elşən Rüstəmov, Aslan Şirinov, Telman Əliyev, Şəlalə Şahvələdqızı, İlham Hüseynov, Nicat Kazımov, aktyorlar Anar Heybətov, Rəşad Bəxtiyarov, Şəhla Əliqızı, İlahə Həsənova, Elnar Qarayev və başqaları çıxış edirlər.

 

Mədəniyyət.- 2014.- 5 mart.- S. 6.