Azərbaycanın iqtisadi potensialının gücləndirilməsində regionların inkişaf proqramları

 

Neft istehsalçısı olan ölkələrdə ən aktual məsələ iqtisadi inkişafın ahəngdarlığını təmin etmək, onun neftdən asılılığını minimuma endirməkdir. Dünya praktikası göstərir ki, neft gəlirlərini hərtərəfli inkişafa generasiya edən ölkələrlə yanaşı, iqtisadiyyatı neft qiymətlərinə bağlı ölkələr də var. Sözsüz ki, birincilərin uğuru uzunmüddətli konsepsiyanın həyata keçirilməsi ilə bağlıdır. Azərbaycan rəhbərliyi də yeni neft strategiyasının ilk mərhələsindən bu məsələyə xüsusi diqqət yetirərək ölkənin davamlı inkişafının əsaslarını hazırlayıb.

 

“Ölkəmizin gələcəyi regionların inkişafı ilə bağlıdır”

 

1994-cü ildən başlayaraq ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən neft strategiyası Azərbaycanın hərtərəfli inkişafına əhəmiyyətli zəmin yaratmışdır. “Əsrin müqaviləsi”ndən gələn bonuslar sayəsində 1995-ci ilin əvvəlində hiperinflyasiyanı cilovlamaq mümkün olmuş, 1996-cı ildə - təxminən beş il sürən geriləmədən sonra - ilk dəfə ÜDM-də nisbi artım (1,3 faiz) əldə edilmiş, 1997-ci ildən isə sabit iqtisadi inkişaf (ildə 10 faiz) təmin olunmuşdur. Eyni zamanda aqrar islahat (1996-cı ildən) başlanmış, Azərbaycan MDB-də birinci olaraq torpağın özəlləşdirilməsi prosesini başa çatdırmışdır. Bu proseslər fonunda ölkə 2003-cü ildən sonra yeni mərhələyə - iqtisadiyyatın diversifikasiyasına (şaxələndirilməsinə) keçməyə hazır idi.

Təsadüfi deyil ki, Prezident İlham Əliyevin hələ seçkiqabağı çıxışlarda bəyan etdiyi əsas iqtisadi tezislər də qeyri-neft sektoru və regionların inkişafı ilə bağlı idi. Həmin dövrdə özəl sektorun ÜDM-də payı kifayət qədər yüksək - 73 faiz idi. Əhalinin məşğulluğunda özəl müəssisələrin payı 70 faizə yaxın idi və dövlətin sahibkarlığa dəstəyi işsizliyin aradan qaldırılmasına təkan ola bilərdi. Bu addımlar özünü çox gözlətmədi.

Prezident İlham Əliyev 2003-cü il noyabrın 24-də “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” fərman imzaladı. Fərmanda regionların inkişafı, qeyri-neft sektoruna sərmayələrin stimullaşdırılması, aqrar sektorda yeni islahatlar kimi istiqamətlər əksini tapmışdı. Həmin dövrədək (1995-2003) Azərbaycana gəlmiş 12 milyard dollar xarici sərmayənin əsasən neft sahəsinə yönəlməsi də növbəti mərhələdə qeyri-neft sektorunun dirçəldilməsini zəruri edirdi. “Azərbaycan hərtərəfli inkişaf etməlidir. Ölkəmizin gücü, gələcək inkişafı regionlarla bağlıdır. Mən seçkiqabağı çıxışlarımda bunu xüsusilə qeyd etmişdimbu məsələ ilə ciddi məşğul olacağam”, - deyə ölkə başçısı 2004-cü il yanvarın 20-də jurnalistlərə müsahibəsində bildirmişdi.

Fevralın 11-də “Azərbaycan Respublikasının regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın (2004-2008) təsdiq edilməsi haqqında» fərman imzalandı. Bu, həmin vaxtadək görünməmiş genişmiqyaslı regional inkişafın strategiyasını və icra mexanizmini əks etdirən proqram idi. Sənəddə vurğulanırdı ki, ölkənin sənaye potensialının və infrastruktur obyektlərinin əksər hissəsinin Bakı şəhərində yerləşməsi iqtisadiyyatın tarazlı inkişafına mənfi təsir göstərir. Bunu statistik göstəricilərdə də görmək mümkün idi. Ölkə üzrə ÜDM-in, iqtisadiyyata yönəldilən investisiyaların təqribən 80 faizi paytaxtın payına düşürdü. Kiçik müəssisələrin 70 faizi Bakıda cəmləşmişdi. Əyalətlərlə paytaxt arasında fərq sosial sahədə də aşkar nəzərə çarpırdı.

Dövlət Proqramı bütün bu məqamlar nəzərə alınaraq hazırlanmışdı. Beləliklə, 2004-cü il Azərbaycanda hərtərəfli inkişafa keçidin başlanğıcı oldu.

 

Birinci proqramın başlıca yekunları

 

Dövlət Proqramı 10 iqtisadi rayon (zona) əsasında tərtib edilmişdi: Abşeron, Aran, Dağlıq Şirvan, Gəncə-Qazax, Quba-Xaçmaz, Naxçıvan MR, Lənkəran, Şəki-Zaqatala, Kəlbəcər-Laçın və Yuxarı Qarabağ. Bu zonalardan 8-i tam şəkildə, Yuxarı Qarabağ iqtisadi zonası qismən (AğdamFüzuli rayonlarının işğal altında olmayan əraziləri) əhatə olunmuşdu. Proqram üzrə tədbirlər təhsil, səhiyyə, mədəniyyətdən istehsal və xidmət müəssisələrinə, idmanturizm infrastrukturunadək spektri əks etdirirdi.

Onu da qeyd edək ki, sonrakı dövrdə ölkənin artan maliyyə imkanları sayəsində bu tədbirlərin sırası xeyli genişlənib, Dövlət Proqramına əlavələr edilib. Ölkə başçısının 27 sentyabr 2004-cü il tarixli fərmanı ilə təsdiq edilən “Neftqaz gəlirlərinin idarə olunması üzrə uzunmüddətli Strategiyada da əsas istiqamətlər arasında qeyri-neft sektoru, regionların, kiçikorta sahibkarlığın inkişafı qeyd edilmişdi. “Azərbaycanın iqtisadiyyatı elə ahəngdar və hərtərəfli inkişaf etməlidir ki, gələcəkdə ölkənin rifahı neft faktoru olmadan da yüksək səviyyədə təmin olunsun”, - deyə Prezident İlham Əliyev bildirmişdi.

Birinci proqramın nəticələri xüsusilə aqrar sənaye sahəsində, iri fermer təsərrüfatları və emal müəssisələrinin yaradılmasında özünü göstərdi. Sahibkarlığa Kömək Milli Fondu tərəfindən ayrılan güzəştli kreditlər və lizinq yolu ilə fermerlərin kənd təsərrüfatı texnikası ilə təminatı bu sahədə inkişafa mühüm zəmin oldu. Bölgələrdə modul tipli elektrik stansiyalarının qurulması, yol tikintisinin vüsət alması isə inkişaf üçün başlıca faktor olan infrastruktur bazasının əsasını qoyurdu.

Bu addımlar makroiqtisadi statistikada da özünü göstərdi. Beş il ərzində ümumi daxili məhsulun həcmi 2,6 dəfə, qeyri-neft sektorunda istehsal 1,8 dəfə, sənaye 2,5 dəfə, kənd təsərrüfatı məhsulu 25 faiz artmış, 27,5 mindən çox yeni müəssisə yaradılmış, 700 minə yaxın yeni (o cümlədən 550 minə yaxın daimi) yeri açılmış, ÜDM- qeyri-dövlət sektorunun payı 84 faizə çatmışdı. Dövlət investisiya xərclərində regional layihələrə ayrılan vəsait 2004-cü illə müqayisədə 2008-ci ildə 6 dəfə artmış, ümumilikdə bölgələrə 6,8 milyard manat dövlət investisiyası qoyulmuşdu.

Bu, ikinci proqramın daha genişmiqyaslı hazırlanmasına əsas yaratdı. Prezidentin 14 aprel 2009-cu il tarixli fərmanı ilə təsdiq olunanRegionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda qarşıya qoyulan məqsədlər öncəki beş ilin nəticələrinin məntiqi davamı idi.

 

Ahəngdar tərəqqinin strategiyası

 

İkinci regional proqramın miqyasını bir göstəricidə belə görmək mümkündür. 2004-2008-ci illərdə proqramın icrasına bütün mənbələr hesabına 16 milyard manat xərclənmişdisə, 2009-2013-cü illərdə bu rəqəm iki dəfədən çox - 34,7 milyard təşkil edib. Beləliklə, 10 ildə regionların inkişafına 50 milyard manatdan çox vəsait yönəldilib. Azərbaycanın 2002-ci ildə dövlət büdcəsinin təxminən 1 milyard manat olduğunu yada salsaq, ötən müddətdə ölkənin hansı inkişaf yolunu qət etdiyini təsəvvür edə bilərik. Bu, uzunmüddətli inkişaf strategiyasının, real vədlərin əməli yekunudur.

Prezident İlham Əliyev fevralın 5-də regionların sosial-iqtisadi inkişaf proqramlarının icrasına həsr olunan konfransda bunu bir daha diqqətə çatdırdı: “2004-cü ildə birinci proqram qəbul edilməsəydi, bugünkü Azərbaycan reallıqları tam fərqli ola bilərdi. Regionların inkişafı, sahibkarlara verilən dəstək, qeyri-neft sektorunun inkişafı, idxaldan asılılığımızın azaldılması, ixrac potensialının yaradılması son illərin əlamətidir. Ondan sonra ikinci proqram qəbul edildi. 2009-2013-cü illəri əhatə edən proqram başa çatdı. Azərbaycanın iqtisadi potensialının gücləndirilməsində bu proqramların çox böyük rolu olmuşdur. Əgər proqramın icrasının ilk illərində iqtisadiyyat sənaye daha çox neft sektoru hesabına artırdısa, son illərdə qeyri-neft sektorumuz ölkəmizin uğurlu inkişafını təmin edir”.

Konfransda regional proqramların əsas yekunları diqqətə çatdırıldı. Beləliklə, iki proqramın icrası nəticəsində ölkə üzrə ÜDM 3,2 dəfə, o cümlədən qeyri-neft sektoru 2,6 dəfə, sənaye 2,7 dəfə, kənd təsərrüfatı 1,5 dəfə artıb. Ölkənin enerji potensialı gücləndirilib, 10 ildə 17 elektrik stansiyası tikilib. Bu gün ölkə üzrə 6300 meqavatlıq ümumi generasiya gücünün 2300 meqavatı son on ildə yaradılıb. Bu stansiyalar tikilməsəydi, regionlarda bugünkü inkişafdan söhbət gedə bilməzdi. Dövlət proqramları sahibkarlığın inkişafına təkan verib. 10 ildə regionlarda 56 mindən çox müəssisə fəaliyyətə başlayıb, onlardan 500-ü sənaye müəssisəsidir. 900 mini daimi olmaqla 1,2 milyondan çox yeni yeri yaradılıb.

 

İnkişafın gözoxşayan mənzərəsi

 

Regional inkişafın göstəriciləri sadəcə aqrar-sənaye müəssisələri, yeni istehsal xidmət sahələrini, sosial, infrastruktur kommunikasiya layihələrini əhatə etmir. Bu inkişafı bölgələrdəki quruculuq-abadlıq işlərində, yeni parklar, mədəniyyət istirahət ocaqlarında, zövqlə inşa edilən tikililərdə, memarlıq nümunələrində görmək mümkündür. Proqramlar çərçivəsində 2700-dən çox məktəb, 500-dən çox səhiyyə, 700-ə yaxın mədəniyyət, 250-dən çox idman gənclər obyekti tikilib ya əsaslı təmir olunub.

Ölkənin hərtərəfli inkişafı üçün mühüm olan yol infrastrukturu da bu illərdə əsaslı şəkildə yenilənib. Müasir magistrallar, Gəncə, Naxçıvan, Lənkəran, Zaqatala, Qəbələdə qurulan yeni hava limanları Azərbaycanın beynəlxalq nəqliyyat qovşağında önəmini artırmaqla yanaşı, turizmin inkişafına da əlavə imkanlar açıb. Ötən 10 ildə regionlarda turizm infrastrukturu sahəsində böyük işlər görülüb. Bu müddətdə turizm sektoru digər sahələrdən daha çox - 10,6 dəfə artıb. Regional proqramlarla bərabər “2010-2014-cü illərdə turizmin inkişafına dairproqramın qəbulu, 2011-ci ilin ölkədəTurizm ilielan edilməsi müvafiq tədbirlər planının icrası bu sahəyə dövlət dəstəyinin göstəricisidir. 2004-2013-cü illərdə mehmanxana mehmanxana tipli obyektlərin sayı 5 dəfə artaraq 500-ü keçib onların 80 faizi, o cümlədən 30-dan çox beşulduzlu hotelin üçdəbiri regionlarda yerləşir.

Dövlət başçısı turizmin növbəti regional proqramda da mühüm yer tutacağını deyib: “Bölgələrin turizm potensialı güclənir. Yeni turizm zonaları yaradılır. Son beş ildəŞahdağkompleksi, “Tufandağ-xizək mərkəzi yaradılıb. Naftalanı beynəlxalq turizm mərkəzinə çeviririk. Cənub qərb zonalarının, Naxçıvanın turizm potensialı kifayət qədər genişdir. Burada da böyük işlər görülür görüləcək”.

 

Qarşıda yeni üfüqlər var

 

Prezident İlham Əliyevin 27 fevral 2014-cü il tarixli fərmanı ilə təsdiq edilən üçüncü Dövlət Proqramının (2014-2018) prioritetləri regionlarda əsas infrastruktur, qazlaşdırma, içməli su, kanalizasiya layihələrinin başa çatdırılması, aqrar sahənin daha da inkişaf etdirilməsi yerli istehsal olan ərzaqla təminatın 95-100 faizə çatdırılmasıdır. Növbəti proqram regional inkişafın tarazlığını, ərzaq bolluğunu, daha yüksək sosial rifahı təmin etməlidir: “Bu günə qədər görə bilmədiyimiz işləri növbəti 5 il ərzində görəcəyik. Növbəti 5 ildə kifayət qədər iqtisadi, maliyyə texniki resurslarımız olacaqdır ki, üçüncü proqramı uğurla icra edək. 10 il ərzində biz böyük təcrübə toplamışıq, iki dövlət proqramı artıqlaması ilə icra edilib. Əminəm ki, üçüncü proqram da vaxtında icra olunacaq beləliklə, ölkəmizin uğurlu, dinamik inkişafı təmin ediləcək”.

 

Vüqar Əliyev

 

Mədəniyyət.- 2014.- 5 mart.- S. 12.