Əməkdar artistin ixtisasartırma kursunda ustad dərsi

 

Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq İxtisasartırma Mərkəzində rayon uşaq musiqi incəsənət məktəblərinin səs müəllimlərinə ixtisas kursları keçmək üçün tanınmış xanəndələr dəvət edilir. Onlar dinləyicilərlə səmimi ünsiyyət qururlar.

Bu günlərdə Opera Balet Teatrının solisti, respublikanın Əməkdar artisti, Prezident təqaüdçüsü Gülyaz Məmmədova Mərkəzdə kurs keçən səs müəllimləri ilə görüşüb. Dərs zamanı milli-mənəvi dəyərlərimizin şah əsəri olan muğamın bir sıra hissələri şöbələri dinləyicilər ilə bərabər ifa edilib, onlara muğamın tədrisinə dair incəliklər anladılıb. Xanəndəni dərs zamanı Azərbaycan Milli Konservatoriyasının müəllimi, tarzən Elçin Nağıyev müşayiət edib.

 

Rəfiqə Nəsirova,

 

Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzinin elmi işçisi

 

Mədəniyyət.- 2014.- 5 mart.- S. 13.