“Mən
fransızca danışıram”
“Kainat” Gənclik Mərkəzinin mədəniyyət və təhsil sahəsində həyata keçirdiyi layihələrdən biri də “Mən fransız dilində danışıram” müsabiqəsidir. Məktəblilər arasında müsabiqə Fransanın Azərbaycandakı səfirliyinin, Bakı Oksford Məktəbinin iştirakı, “Total Azərbaycan” şirkətinin dəstəyi ilə artıq 11 ildir reallaşır.
Martın 1-də Bakı Oksford Məktəbində “Mən fransız dilində danışıram” müsabiqəsinin finalı olub. “Kainat” Gənclik Mərkəzinin direktoru Rahib Rəsulzadə tədbirdə çıxış edərək məktəbliləri xarici dillər öyrənməyə həvəsləndirmək məqsədilə keçirilən müsabiqənin əhəmiyyətini vurğulayıb, iştirakçılara uğurlar arzulayıb. Qeyd edib ki, Azərbaycan dövləti gənclərin ölkəmizdə, eləcə də xarici ölkələrin ən yaxşı universitetlərində gözəl təhsil alması üçün əlindən gələni əsirgəmir.
Müsabiqədə Bakı Oksford
Məktəbinin müəllimləri və Fransa
səfirliyinin əməkdaşları paytaxtda
fransız dilinin tədris olunduğu
məktəblərin yuxarı sinif
şagirdlərinin şifahi nitq və qrammatika biliklərini
yoxlayıblar. Yarışmada 25 məktəbli iştirak
edib. Onların hər birinə diplom və fransız dili
üzrə tədris vəsaitləri, qaliblərə hədiyyələr
təqdim olunub.
Mədəniyyət.- 2014.- 5 mart.-
S. 14.