“Günəşin, torpağın və ürəklərin bayramı”

 

İrs” jurnalının ingilis dilində çapdan çıxan yeni sayında Novruz bayramından bəhs edilir

 

Azərbaycanın iqtisadi yüksəlişini, siyasi uğurlarını, mədəni tərəqqisinin təbliği məqsədilə müxtəlif dillərdə nəşr edilən “İrs” jurnalının ingilis dilində yeni sayı çapdan çıxıb. Nəşrdə Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, AMEA-nın müxbir üzvü, millət vəkili Rafael Hüseynovun Novruz bayramından bəhs edən məqaləsi dərc olunub.

“Günəşin, torpağın və ürəklərin bayramı - Novruz” sərlövhəli məqalədə Novruz bayramının tarixi, mahiyyəti, adət-ənənələri haqqında oxuculara geniş məlumat verilir. Bildirilir ki, tolerant ölkə olan Azərbaycanda müxtəlif xalqların nümayəndələri mehriban şəraitdə yaşayırlar və Novruzun təbliğ etdiyi əsas ideyalardan biri də məhz bu amaldır.

Xaricdəki Azərbaycan səfirlikləri vasitəsilə yayılan ingilisdilliİrs” jurnalının bu sayı 50-dən artıq ölkəyə göndəriləcək.

 

Mədəniyyət.- 2014.- 7 mart.- S. 3.