Azərbaycandakı tolerantlıq mühiti
Londonda müzakirə
olunub
Londonda “Qafqazda
dinlər” mövzusunda
elmi konfrans keçirilib. Avropa-Azərbaycan Cəmiyyəti (TEAS) tərəfindən təşkil
olunan konfransda Azərbaycan, Almaniya, Polşa, Fransa və başqa ölkələrdən 50-dən çox teoloq, tarixçi alim və tədqiqatçı
iştirak edib.
Tədbirdə Azərbaycanın yəhudi
dini icmalarını tanınmış tarixçi,
AMEA-nın İnsan Hüquqları İnstitutunun
əməkdaşı Moşe
Bekker təmsil edib. O, Azərbaycanın yəhudi
icmalarının tarixindən,
onların ölkənin
inkişafında rolundan,
yəhudilərin hələ
ilk neft bumu zamanı ölkənin neft sənayesinin inkişafına, elm, mədəniyyət,
təhsil və səhiyyənin yüksəlişinə
prinsipial töhfəsindən
danışıb.
Bildirib ki,
Azərbaycanda hələ XIX əsrin sonu
- XX əsrin əvvəllərində yəhudi məktəbləri
vardı, yəhudi icması 1918-1920-ci illərdə Xalq Cümhuriyyəti parlamentində təmsil olunurdu. O deyib: “Azərbaycan
nadir mədəniyyəti olan
çoxkonfessiyalı və polietnik
ölkədir, burada bütün
etnosların və konfessiyaların nümayəndələri mehriban yaşayırlar. Buna
görə də dinlərarası, etnoslararası və mədəniyyətlərarası
dialoq sahəsində Azərbaycanın təcrübəsinin
öyrənilməsi və ondan istifadə
edilməsi vacibdir”.
Mədəniyyət.- 2014.- 7 mart.-
S. 3.