İncəsənət
məktəbi şagirdlərinin bayram hədiyyəsi
İsmayıllıdakı Gənclər Mərkəzində uşaq incəsənət məktəbi şagirdlərinin 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş yaradıcılıq gecəsi keçirilib. Gecə balacaların ifasında “Cücələrim” qrupunun çıxışı ilə başlayıb. Sonra bir-birinin ardınca gözəl ifalar dinlənilib.
Şagirdlərdən ibarət
ansamblın, V sinif şagirdi
Samirə Məmmədova, Günel və Xuraman Osmanova
bacıları, “Pöhrə” televiziya
müsabiqəsinin laureatı Sirus Xasməmmədov
və başqalarının ifaları, rəqslər
tamaşaçılar tərəfindən alqışlarla
qarşılanıb.
Mədəniyyət.- 2014.- 7 mart.-
S. 5.