Niyazinin mənzil-muzeyində fortepiano musiqisi axşamı
Martın 5-də Niyazinin mənzil-muzeyində
fortepiano musiqisi axşamı
keçirildi.
Tədbiri muzeyin direktoru Rza Bayramov açaraq
bildirdi ki, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət
Muzeyinin klassik musiqi həvəskarları
klubunun təşəbbüsü
ilə mütəmadi
olaraq belə sənət axşamları
keçirilir.
Qeyd olundu ki, budəfəki
fortepiano musiqisi axşamının
qonağı gənc pianoçu, respublika və beynəlxalq müsabiqələr laureatı,
Üzeyir Hacıbəyli
adına Bakı Musiqi Akademiyasının və Pyotr Çaykovski adına Moskva Dövlət Konservatoriyasının
məzunu Seyidxanım
Babayevadır.
Sonra söz musiqiçiyə verildi. Gənc
pianoçu Qərb bəstəkarlarından Lüdviq
van Bethovenin “Apposionata”,
Frederik Şopenin ”4 nömrəli ballada”, Ferens Listin “Vəhşi ov”, rus bəstəkarı Pyotr Çaykovskinin “Xəyal” və s. əsərləri ifa etdi. Konsert tamaşaçılar tərəfindən alqışlarla
qarşılandı.
Tədbirdə Bakı Musiqi Akademiyasının müəllim
və tələbə
heyəti, paytaxt muzeylərinin əməkdaşları
iştirak edirdi.
Savalan Fərəcov
Mədəniyyət.- 2014.- 7 mart.-
S. 5.