“Hər bir tamaşa yeni ideya, yeni bir mərhələdir”

 

“Gənc ikən dəftərçəmdə qeyd etdiyim 10-a yaxın pyesdən bu illər ərzində sadəcə birini hazırlamışam”

 

Teatrlarımızın baş rejissorları ilə müsahibələr silsiləsindən budəfəki həmsöhbətimiz Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi Bəhram Osmanovdur. Onunla klassik teatr estetikası və yeni meyllər, teatrımızın yaradıcı problemləri və onların səbəbləri barədə danışdıq.

- Ümumi nəzər saldıqda Azərbaycanda, konkret olaraq bu teatrda tamaşa hazırlayarkən daha çox hansı problemlərlə rastlaşırsınız?

- Mənə elə gəlir ki, rejissor olaraq sənətdə çox qaldıqca və bir truppada çox işlədikcə düşünülən tamaşanın həllini tapmaq çətin olur. Bu, proses olaraq mənim üçün ümumiyyətlə çox əziyyətlidir. Bu proses rəssam, bəstəkar və ya musiqi tərtibatçısı ilə əsərin səhnə yozumu barədə müzakirələrlə başlanır. Ardınca da rol bölgüsü. Məsələn, mən bir tamaşanın rol bölgüsünə bəzən 2-3 ay vaxt sərf edirəm. Özübu məhz bu gün deyil, çoxdan, hələ Akademik Milli Dram Teatrında işlədiyim vaxtdan belədir.

- Bu özünüzə qarşı tələbkarlıqdır, yoxsa aktyorları razı sala bilmək, necə deyərlər, sonrakı narazılıq ehtimallarına münasibətdir?

- Bu, yaradıcı prosesdir. Aktyorları razı salmaq barədə isə heç vaxt düşünmürəm. Bu barədə mən ən qəddar rejissorlardanam, hansı teatrda işləmişəmsə orada sevdiyim aktyora da yeri gələndə “yox, bu rol sənlik deyil” deyə bilmişəm. Bu daha çox səhv etməmək istəyidir. Yəni özünə yox, hazırladığın tamaşaya olan tələbə görədir. Mənim nəzərimdə hər bir tamaşa yeni bir ideya, teatrın yaşayışında yeni bir mərhələdir. O ki qaldı rol bölgüsünə, doğru-düzgün rol bölgüsü mütləq öz bəhrəsini verir. Bu, tamaşanın uğurunda əsas məsələlərdən biridir. Doğru rol bölgüsü ola bilər məşqdə hiss olunmasın, amma tamaşanın təhvilində artıq öz nəticəsini göstərir.

- Əsər seçərkən daha çox repertuar müxtəlifliyi nəzərə alınır, yoxsa rejissor olaraq quruluşunu arzu etdiyiniz pyeslər?

- Mən hələ sənətə gəlişimin ilk vaxtlarında qeyd dəftərçəmin bir səhifəsinə hazırlamaq istədiyim pyeslərin adlarını yazmışdım. Təsəvvür edin ki, keçən il bu otağa köçəndə o dəftərçəni tapdım və gördüm ki, 10-a yaxın pyesdən mən bu illər ərzində sadəcə birini hazırlamışam.

- Deməli, rejissorlar da daim arzu ilə yaşamağa məhkumdurlar...

- Mən elə gənc yaşlarımdan məhz teatra lazım olan əsərlərə quruluş verməyi özümə borc bilmişəm, rejissor olaraq öz arzularım indiikinci plandadır. Amma bir məqam var, müəyyən zamandan, hazırladığım tamaşaların həlli ilə sənətdə öz sözümü deyəndən sonra artıq hansısa əsərə yox deməyi, onun səhnəyə lazımsız olduğunu isbatlamağı da bacarmışam. Baxın, 27 yaşımdan peşəkar teatrlarda tamaşalar qoyuram, amma sadəcə 40 yaşımdan sonra bu tələbi irəli sürə bildim, özü də fərqli üsulla, bir növ əvəz-əvəz olaraq. Məsələn, Akademik Dram Teatrında hər hansı əsəri qoymağımı istəyən rəhbərliyə mən də başqa bir pyesi irəli sürür və beləcə qarşılıqlı razılığa gəlirdik. Rəhmətlik Həsənağa Turabov buna gedirdi və nəticədə uğurlu işlər alınırdı. Tələbələrimə də deyirəm, oturub arzulamaqla heç nə əldə etmək olmur, gərək, bu sənəti peşəyə çevirməyi bacarasan. Bəzən illərlə oturub səhnəyə çıxmayan aktyorda deqradasiya baş verir, o oynaya bilmir, özünü itirir, qorxur. Rejissorlar da işləmədikcə bu aqibəti yaşayırlar.

- Aktyorlardan söz düşmüşkən, onların arasındakı “əbədi” intriqaya da yəqin öz yozumunuz var?

- Aktyorlar arasında inciklikonun səbəbləri bütün dünyada eynidir. Bu insanlar ömürlərinin 40-50 ilini bir binada, kulisdə, səhnədə keçirməyə məhkum olurlar və beləcə bir-birilərini o qədər yaxşı tanıyırlar ki, öz potensiallarını hamıdan yaxşı bilirlər. İncikliyin də kökündə rol istəyi durur.

- Rejissorlar müxtəlif teatrlarda çalışdıqca aktyorlar barədə də konkret təsəvvürə malik olurlar. Bu proses olaraq uzun keçir?

- Maraqlıdır ki, teatrların, aktyorların özünəməxsusluğu olan bu prosesi yaşımın bu çağında indibu teatrda yaşayıram. Milli Dram Teatrında aktyorlar məni bu mənada daha yaxşı tanıyırdılar və rol bölgüsündə kimsə daxilində incisə də bunu büruzə verə bilmirdi. Amma burada mən həmin prosesi yenidən keçirəm, kimlərisə inandırıram ki, onun sənətinə də, özünə də hörmətim böyükdür, amma indi teatr bir pillə daha yuxarı qalxmalıdır. Əslində mən bu teatrı da, onun aktyor potensialını da yaxşı tanıyıram. 1991-ci ildən bir sıra əsərləri bu teatrda hazırlamışam. Amma bu teatrda üç ayrı sənət məktəbinin birləşməsindən sonra proses bitsə də, üslub dəyişkənliyi öz təsirini göstərməkdədir. Digər tərəfdən, öz teatrında daim baş rollar oynayan, aparıcı aktyor sayılan kəs, təbii ki, bu statusundan düşməsini qəbul edə bilmir. Nə qədər ağrılı olsa da, onlara müəyyən məqamlarda o səhifələri qapatmağı, yeni səhifədən başlamağı deməyə çalışıram.

- Sizcə, o səhifələr artıq bağlanıbmı?

- Bu, çox ağrılı prosesdirbu güngedir. Mənim fikrimcə, praqmatik insanlar onu unutmağı bacarmalıdırlar. Bu gün Gənc Tamaşaçılar Teatrının artıq başqa bir dövrü başlanıb. Ona görə də yerində oturub saymaq olmaz. 80 il əvvəl uşaqlar üçün hazırlanan tamaşa da bu gün başqa estetika ilə həll olunmalıdır. Bu günün uşağı daha fərqli düşüncəlidir və onların estetik tələbi hay-küy, görüntü ilə məhdudlaşmır. Ona görə də uşaqları teatrın sehrli aləm olmasına inandıracaq səhnə nümunələri olmalıdır.

- Söhbətin bu məqamında keçid dövrünün teatrı və tamaşaçısı, onlar arasında qırılmış rabitə barədə fikirləriniz maraqlıdır...

- Teatrolur olsun, heç olmasa iki pillə cəmiyyətdən irəlidə olmalıdır. Çünki sənət onun üçün yaranıb. Amma 20 il ölkəmizdə baş verən proseslər, 90-cı illərdəki çətinliklər bizim üçün də mürəkkəb dövr oldu. O zaman bir epoxa olan tamaşaçılarımızı itirdik. Amma indiki rifah halında artıq teatrlar da nəfəs alır və tamaşaçılar da kassadan bilet alaraq gəlib səhnə əsərləri ilə tanış olurlar.

- Bəzi rejissorların yaradıcılığında sərbəst elementlərə meyllilik də artıb, onlara görə sanki fərqlilik yaranıb. Bu cəhdi necə dəyərləndirmək olar?

- Bu tendensiyalar Avropada hələ 30 il bundan öncə qeyri-ənənəvi teatr adı ilə yaranıb, inkişaf ediböz dövrünü başa vurub. Bu, elmi-texniki tərəqqidən teatr səhnəsində istifadə etməkdir. Ümumiyyətlə, teatrlar bütün janrlardan keçməlidirlər. Amma unutmaq olmaz ki, heç bir janr, heç bir elmi-texniki tərəqqi insan hissiyyatını, onun yaşantısını verə bilməz. Bu, sübut olunub. Azərbaycanın gənc rejissorları da bu gün yaradılan imkan sayəsində həmin prosesdən keçməyə çalışırlar. Amma texnikanın içində də canlı insan yaşantısının ruhu yoxdursa, deməli, o proses heç nəyə gərək deyil və sadəcə olaraq dəb xarakteri daşıyır.

- O ənənə və bu müasirlik kontekstində hazırda Azərbaycan teatrında nə baş verir?

- Əslində yaradıcı ampluada yerində sayır, heçbaş vermir. Teatr yaranışından bu günədək insan energetikasının səhnədən tamaşa salonuna keçirməklə məşğuldur. O ki qaldı fərqli yanaşma ilə inkişafa, əgər onu kimsə bacarırsa və gözəl edə bilirsə, elmi-texniki tərəqqi tamaşa salonunda heyrət yaradırsa, buyurub etsinlər. Dövlətin mədəniyyət siyasəti və bunun nəticələrinə gəlincə, kifayət qədər böyük inkişaf varbu sistemli olaraq davam edir. Ümumilikdə teatr prosesi çox canlıdır, tərəqqiyə yönələn yüksək inkişaf varbunu görməmək sadəcə ədalətsizlikdir.

- Prosesdən danışdıqsa aktyorların bir teatrdan başqasına dəvət alaraq tamaşalarda oynamasından da yan keçə bilmərik...

- Bu, əslində, təbii bir prosesdir, sadəcə əvvəllər baş vermədiyindən belə qarşılanır. Dəvət olunan aktyorlara qısqanclıqla yanaşan truppaların ənənəvi üzvləri də artıq anlayırlar ki, bu dəbə görə edilmir və həmin transfer olunan aktyor ümumilikdə teatrın, tamaşanın, elə truppanın uğuruna xidmət edir. Rejissorlar da həmçinin. Bu, yaradıcı prosesdir və davamlı getməlidir.

- Teatra kənardan rejissorların dəvət olunmasını, xüsusən xarici mütəxəssislərə üstünlük verilməsini də normal qəbul etməliyik...

- Dəvət olunan rejissor, rəssam həmin teatrın artıq yıpranmış ənənələrini dağıtmaq, uzun illik təcrübəni 20 günə dəyişmək üçün gəlirsə və bu yeni nəfəs 2 il uğurla müşahidə olunursa, demək, nə isə alınır. Konkret rejissorlara gəlincə, qoy elə rejissorlar dəvət olunsun ki, onlar mənim və digər rejissorların etmədiyini etsinlər. Bu, aktyorlara da böyük ilham verir. Hər bir tamaşa teatrda mövcud olan ənənəni bir balaca tərpətməlidir, o yenilik, fərq mütləq şəkildə hiss olunmalıdır. Bir məqamı da deyim ki, bizdə yaxşı teatr təhsili verilir, sadəcə peşə vərdişləri ilə əlaqədar olaraq müəyyən ştamplaşma əmələ gəlir. Dəvətli rejissor da ancaq o ştampları ləğv eləmək üçündür. Ona görə də istər aktyorlar, istərsə də rejissorlar o ştamplardan qaçmalıdırlar.

- Çalışdığınız teatrda ən önəmli məqamı qeyd edə bilərsinizmi?

- Mənim nəzərimdə bu teatr repertuar siyasətində birinci növbədə gənc tamaşaçıların düşündüyünü düşünüb göstərməlidir. Proses üzvi surətdə bağlı olmalı və dövrün gəncliyi aktuallığı, reallığı teatr estetikasında görməlidir.

- Hazırda truppanızda 80-dən çox aktyor var. Maraqlıdır, hər yeni əsərin səhnə həllində onların potensialı ilə bağlı tərəddüd yaşanırmı?

- Əlbəttə yaşanır. Təklif olunan pyesə uyğun aktyorlar olmasa, mən onu hazırlamaqdan imtina edirəm. Çox kamil dramaturji nümunələr var, baxın, masamda qədər əsər yığılıb qalıb. Amma olsun ki, onları oynamağa heyət yoxdur.

- Onda filan teatrda əvəzolunmaz aktyorlar var demək yanlışdır...

- Maraqlı fikirdir. Bilirsiniz, o təşbehi yaraşdırdığımız aktyorlar, ümumilikdə sənətkarlar öz yaşadıqları dövrün əvəzolunmazıdır. Bu gün elələri varsa, dünyadan köçmələrini gözləmədən, onlara əvəzsiz olduqlarını demək lazımdır.

 

Həmidə Nizamiqızı

 

Mədəniyyət.- 2014.- 7 mart.- S. 6.