Rusiyalı turistlərin Azərbaycana marağı artır

 

Rusiya Turizm Sənayesi İttifaqının «RATA news» gündəlik elektron qəzetində bu ölkə turistlərinin Azərbaycana səfərləri barədə yazı dərc olunub.

Məqalədə deyilir ki, Rusiyadan ölkəmizə turizm axını böyük deyil, lakin hər il 30 faiz artır. Məqalədə deyilir ki, «Utair» aviaşirkətinin martın 6-dan etibarən Kazan-Bakı-Kazan marşrutu ilə yeni reys açması turist səfərlərinə töhfə olacaq. Uçuşlar həftədə bir dəfə olacaq. Bir tərəfə biletin qiyməti isə 129 avrodur. Bu, Tatarıstanın paytaxtından Bakıya uçuşlar təşkil edən yeganə aviaşirkət deyil. «AK Bars Aero» da həftəlik uçuşlar həyata keçirir.

«Jarkov-tur» şirkətinin baş direktoru Andrey Jarkovun sözlərinə görə, hazırda Rusiyadan keçmiş sovet respublikalarına səyahət üzrə üç lider ölkə sırasına Gürcüstan, Özbəkistan Azərbaycan daxildir. Turistlər dinamik inkişaf edən Bakıya həftə sonu istirahətinə gedirlər. Bakıya koloritli qədim Şəkiyə ekskursiya turundan daha çox istifadə olunur. Rusiyalıların ölkəmizdə maraq göstərdikləri digər məkanlar Naxçıvan Naftalandır.

Azərbaycan keyfiyyətli sanatoriya-kurort müalicəsi təklif edir. Nadir müalicəvi xüsusiyyətlərə malik Naftalan neftinin çıxarıldığı Naftalan şəhərindəki «Çinar» sanatoriyası Naxçıvandakı «Duzdağ» Fizioterapiya Mərkəzi rusiyalılar arasında çox populyardır.

«Alean» şirkətinin baş direktoru İlya Umanski Naftalan nefti ilə müalicəyə tələbatdan danışaraq əlavə edib ki, Naftalana əsasən Azərbaycana yaxın olan regionlardan gedirlər. Həmin regionlardan rahat gediş-gəliş təşkil edilib. Lakin aviareyslər tur seçimində həmişə əsas rol oynayır. Ona görə Kazandan yeni reys sayəsində Azərbaycana gələn turistlərin sayı artacaq. İ.Umanski hesab edir ki, Azərbaycan səyahət turizmini inkişaf etdirmək üçün böyük potensiala malikdir. Çünki Azərbaycanın müalicəvi istirahət mərkəzləri bütün il boyu ekskursiya müalicə kursları təklif edir.

 

Fəxriyyə Abdullayeva

 

Mədəniyyət.- 2014.- 7 mart.- S. 9.