“Mirzə Fətəli Axundzadə ensiklopediyası” hazırlanır

 

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun elmi şurasının növbəti iclasında “Mirzə Fətəli Axundzadə ensiklopediyası”nın hazırlanması da müzakirə olunub. İnstitutun direktoru, akademik İsa Həbibbəyli Azərbaycan Prezidenti İlham Əliyevin “Mirzə Fətəli Axundzadənin 200 illik yubileyinin keçirilməsi haqqında” sərəncamının əhəmiyyətini vurğulayaraq yubileylə bağlı AMEA-nın rəyasət heyətinin də qərar qəbul etdiyinimüvafiq tədbirləri həyata keçirdiyini deyib. Ensiklopediyanın hazırlanmasında ölkəmizdəki mövcud qaynaq və sənədlərlə bərabər, GürcüstanRusiya arxivlərində də araşdırmaların aparılmasının vacibliyi vurğulanıb. Qeyd olunub ki, “Mirzə Fətəli Axundzadə ensiklopediyası” böyük ədibin adına layiq olacaq.

 

Mədəniyyət.- 2014.- 7 mart.- S. 11.