Oxucular arasında müsabiqə

 

Bakı şəhər kitabxanalarının oxucuları arasında “Canlı klassika - 2014” gənc mütaliəçilərin beynəlxalq müsabiqəsində iştirakla bağlı seçim turları keçirilir. Müsabiqənin finalı 3-7 iyun tarixində Moskvada keçiriləcək. Müsabiqənin keçirilməsinin əsas məqsədi uşaqlar arasında mütaliənin təbliği, kitabxanalara ictimai marağın artırılması, istedadlı uşaqları aşkarlamaq, uşaq və gənclərdə müasir rusdünya ədəbiyyatına marağı artırmaqdır.

Fevralda start verilən yerli seçimlər may ayınadək davam edəcək. Seçimlər öncə hər kitabxanaonun filiallarının yerləşdiyi ərazi üzrə keçirilir və iştirakçılar arasında seçilən 1 nəfərin adı ikinci turda iştirak etmək üçün MKS-yə təqdim edilir. MKS-lər arasında müsabiqənin ikinci turunda isə 3 iştirakçı müsabiqənin final mərhələsində çıxış etmək üçün seçilir.

Beynəlxalq finalda daha çox bal toplamış 5 iştirakçı qalib olacaq. Onlar müsabiqənin medalları, qiymətli hədiyyələr və turist səyahət paketləri ilə mükafatlandırılacaqlar.

 

Mədəniyyət.- 2014.- 7 mart.- S. 11.