“O gözəl Ukrayna... Onun
daşında”
Bakıda Taras Şevçenkonun 200 illiyi
qeyd edilib
Martın
9-da Ukraynanın görkəmli
şairi, yazıçı,
mütəfəkkir və
rəssam Taras
Şevçenkonun anadan
olmasının 200 illiyi
ilə əlaqədar
onun Bakıdakı abidəsi önündə
tədbir keçirilib.
Ukraynanın Azərbaycandakı səfiri
Aleksandr Mişşenko
mərasimə toplaşanlara
minnətdarlığını bildirərək deyib ki, Taras
Şevçenko Ukrayna
xalqının ədəbiyyatında
və tarixində böyük rol oynayıb. Diplomat Azərbaycanla Ukrayna arasında əməkdaşlığın,
o cümlədən mədəni
əlaqələrin ildən-ilə
möhkəmləndiyini, ölkəmizdə
Taras Şevçenkonun
yaradıcılığına böyük ehtiram bəsləndiyini məmnunluqla
qeyd edib.
Azərbaycandakı T.Şevçenko adına Ukrayna İcması Şurasının
sədri Andrey Zareçnı bildirib ki, böyük şairin şeirləri və “Kobzar” poetik toplusu bu gün də
öz aktuallığını
itirməyib: “Taras Şevçenko Ukraynanın
işıqlı gələcəyinə
inanırdı. Onun əsərləri
Ukrayna xalqının qəlbində yaşayır”.
Azərbaycan-Ukrayna Konqresi idarə
heyətinin sədri İqor Yakovenko qeyd edib ki,
Taras Şevçenkonun
ədəbi irsi müasir Ukrayna ədəbiyyatının təməl
daşı hesab edilir.
Tədbirdə iştirak edən
Ukrayna icmasının üzvləri böyük şairin
şeirlərini söyləyib və Ukrayna
xalq mahnılarını ifa
ediblər.
Mədəniyyət.- 2014.- 12 mart.-
S. 5.