Vestminster zalında Azərbaycan musiqisi səslənib

 

Butaİncəsənət Mərkəzinin təşkilatçılığı, Azərbaycan Beynəlxalq Bankının, Britaniya-Azərbaycan İşgüzar Şurasının Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin birgə dəstəyi ilə Avropanın ən böyük günbəzşəkilli tavanına malik nadir tarixi məkanı olan Londonun Mərkəzi Vestminster zalında Azərbaycan musiqisindən ibarət qala-konsert təşkil edilib.

Konsertdə Xalq artisti, professor Yalçın Adıgözəlovun müşayiəti ilə London Kral Filarmonik Orkestrinin ifasında Nazim Əliverdibəyov, Fikrət Əmirov, Niyazi Qara Qarayevin repertuarından musiqilər səsləndirilib. Tanınmış pianoçu, Xalq artisti Yeganə Axundova, Azərbaycan Dövlət Akademik Opera Balet Teatrının solisti Afaq Abbasova orqan ifaçısı Natəvan Quliyeva musiqi proqramı ilə çıxış ediblər.

Qala-konsert tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Tədbir çərçivəsində həmçinin bir sıra dəyərli araşdırmaların müəllifi, tamaşaçıların maraqla izlədiyi “Bakı sirləri” verilişinin yaradıcısı və aparıcısı, istefada olan polis polkovnik-leytenantı Fuad Axundov tərəfindən “Köhnə Bakı” fotosərgisi nümayiş etdirilib.

 

Mədəniyyət.- 2014.- 12 mart.- S. 5.