Həmvətənimiz
Ukraynada fəxri diploma
layiq görülüb
Odessa vilayət filarmoniyasında Taras Şevçenkonun 200 illik yubileyinə həsr edilmiş konsert olub. Konsertdə A.Nejdanova adına Odessa Milli Musiqi Akademiyasının pedaqoqları və tələbələrinin ifasında odessalı bəstəkar, professor Oleq Polevoyun əsərləri səslənib. Filarmoniyanın səhnəsində çıxış edənlər arasında həmvətənimiz, beynəlxalq müsabiqələr laureatı, pianoçu Mehriban Süleymanova da vardı.
Mehriban Süleymanova
Ukraynanın Əməkdar incəsənət xadimi,
Böyük Kobzar ilə
qohumluq əlaqələri olan
professor Tatyana Şevçenkonun tələbəsidir. Konsert başa çatandan sonra Mehriban Süleymanovaya fəxri diplom təqdim edilib.
Mədəniyyət.- 2014.- 12 mart.- S.
5.