Yeni mədəniyyət və incəsənət portalı

 

Azərbaycanda teatr sənətinə həsr olunmuş yeni mədəniyyət və incəsənət portalı (www.teatrplyus.az) istifadəyə verilib. Layihənin məqsədi teatr sənətini təbliğ etmək, ölkəmizin və dünyanın teatr səhnələrində baş verən hadisələri işıqlandırmaq, eləcə də mədəniyyət və incəsənətin digər sahələrini əhatə edən məlumatları ictimaiyyətə çatdırmaqdır. Sayt fərqli, yaradıcı dizaynı ilə yanaşı, materialların aktuallığı ilə də seçiləcək.

Saytın “Plyus” bölməsində ədəbiyyat, kino, musiqi, təsviri sənət, turizm, şou-biznes sahələri üzrə də məlumatlar yer alacaq. Multimedia bölməsində istifadəçilərə teatr sənətinə dair audio, videofoto nümunələri ilə tanışlıq imkanı yaradılıb. “Kitabxana” bölməsində isə teatr sənətinə, eləcə də mədəniyyətin digər sahələrinə aid Azərbaycan, rusingilis dillərində kitabların elektron variantı yerləşdirilib.

 

Mədəniyyət.- 2014.- 12 mart.- S. 6.