Muzeylərin bahar töhfəsi

 

Xalqımızın minillik ənənələrinin məcmusu olan Novruz bayramı ərəfəsində mədəniyyət ocaqları, muzeylər müxtəlif tədbirlər təşkil edir.

Təcrübə göstərir ki, bahar bayramında təşkil olunmuş “açıq qapı” günlərində muzeylərə gələnlərin sayı adi vaxtlardan iki-üç dəfə çox olur. Eyni zamanda bayram tətili günlərində “açıq qapı” aksiyası şəhər sakinlərinin, tələbələrin, şagirdlərin, turistlərin tariximizlə, mədəniyyətimizlə tanış olmasına böyük fürsət yaradır.

Ölkəyə gələn xarici qonaqların xalqın mədəniyyəti, adət-ənənəsi ilə tanış olmaq üçün üz tutduqları əsas yerlərdən biri də məhz muzeylərdir. Bu baxımdan belə kampaniyaları mədəniyyətimizin təbliği yolunda atılmış uğurlu addım hesab etmək olar.

Məlumat üçün deyək ki, bu ilin yanvarında 10 gün müddətində Milli Azərbaycan TarixiMilli İncəsənət muzeylərində “açıq qapı” elan olunmuşgün ərzində 350-400 nəfər bu imkandan yararlanmışdı. Novruz bayramı ilə əlaqədar tətil günlərinin çoxluğunu və müxtəlif ölkələrdən xeyli sayda turistin Azərbaycana gələcəyini nəzərə alsaq, muzeylərə sərbəst giriş imkanından daha çox insanın istifadə edəcəyini düşünmək olar.

Böyük Britaniyanın bp şirkətinin sponsorluğu ilə Milli Azərbaycan Tarixi MuzeyiMilli İncəsənət Muzeyində “açıq qapı” kampaniyası yenə 10 gün davam edəcək. Məqsəd muzeylərə marağı təşviq etmək, Azərbaycan tarixi və mədəniyyətini paytaxt sakinlərinə və şəhərimizin qonaqlarına daha yaxından tanıtmaqdır.

“Açıq qapı” günləri Milli Azərbaycan Tarixi Muzeyində martın 15-dən 30-dək (20-23 mart istisna olmaqla) keçiriləcək. Muzeydən qəzetimizə bildirdilər ki, Novruz bayramı ərəfəsi həm tətil günləri çox olur, həm də ölkəmizə xaricdən çoxlu turistlər gəlir. Muzeyə xarici qonaqların da marağının böyük olduğunu nəzərə alaraq bu dəfə daha böyük sayda qonaq qəbul etməyə hazırlıq görülüb. 300 mindən çox eksponatı olan muzeyə gələnlər Azərbaycanın tarixi, etnoqrafiyası, arxeologiyası, numizmatikası və sənədli mənbələri ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər.

“Açıq qapı” günləri yerlixarici qonaqlarda xüsusi maraq yaratdığını nəzərə alsaq, bu cür layihələrin davamlı olması tarix və mədəni irsimizin təbliği işinə böyük töhfədir.

 

Fariz Hüseynov

 

Mədəniyyət.- 2014.- 12 mart.- S. 10.