İTALİYA

 

Bütün yollar Romaya aparır

 

Böyük imperiya qurmuş italyanların bir zamanlar böyük fəxrlə işlətdikləri bu ifadə, əsrlər keçməsinə baxmayaraq, turizm nöqteyi-nəzərindən öz mahiyyətini indi qoruyub saxlayır. İldə 46 milyon turist qəbul edən İtaliya ən çox səyahət edilən ölkələr sırasında Fransa, ABŞ, Çin, İspaniyadan sonra beşinci yerdə qərarlaşıb. Turizmdən götürdüyü gəlir baxımından isə bir pillə öndə - dördüncü yerdədir. İtaliyanı turistlər üçün cazibədar edən səbəblər isə müxtəlifdir. Roma İmperiyasından qalan tarix mədəniyyət abidələri, rəngarəng mətbəx, inkişaf etmiş moda dizayn sənayesi, yüksək arxitektura, isti dənizlərə çıxış, əsrarəngiz qumlu sahillər Alp dağlarının ətəyində möhtəşəm qış turizmi imkanları. Bu üstünlüklərdən səmərəli istifadə edən sektordan ildə 10 milyard dollar gəlir götürməyə imkan verir. Ölkənin ümumi daxili məhsulunda turizmin payı 12 faizdir.

 

Turizmin ana sütunu

 

Ölkənin turizm sənayesi ilk növbədə zəngin tarixi-mədəni irslə bağlıdır. Zaman-zaman dünyanın dörd yanından Apennin yarımadasına üz tutan tacirlər, sənətkarlar, memarlar burada böyük mədəniyyətin yaranmasına səbəb olmuşlar. Məhz bu səbəbdəndir ki, UNESCO-nun “Dünya Mədəni İrsisiyahısında yer alan abidələrin əksəriyyəti İtaliyada yerləşir. İtalyanlar özləri bu irsə laqeyd deyillər onun qorunub saxlanılması, gələcək nəsillərə ötürülməsi üçün böyük işlər görürlər. Sadəcə bir nümunədən bu irsin qorunması üçün hansı miqdarda vəsait xərcləndiyini müəyyənləşdirmək olar. Pizza qülləsinin bərpasına İtaliya vergi ödəyicilərindən toplanmış 25 milyon avro xərclənmişdi. Hətta italyanlar tənbəllik etməyib tarixi abidələrinin nəzəri qiymətini hesablayıblar. Kolizey 91, Vatikan muzeyi isə 90 milyard avro həcmində qiymətləndirilib.

 

Tarixə qısa ekskurs

 

İtaliyaya ilk turistlər XVII əsrdə axın etməyə başlayıblar ki, onlar da qədim dini abidələri, xristian dini əlyazmalarını görmək istəyən zəvvarlar olublar. Katolik kilsəsi xristianlığın müqəddəs yerlərinə - indiki Fələstin ərazisinə üz tutan zəvvarları İtaliyaya cəlb etmək üçün bütün mümkün vasitələrdən istifadə edib. Ölkədə qeyri-dini turizm isə intibah dövründə başlayıb. O zaman Avropanın müxtəlif yerlərindən aristokratlar memarlıq, rəsm ədəbiyyatla bağlı yenilikləri görmək, mütərəqqi təhsil almaq üçün böyük həvəslə Florensiyaya, Romaya yollanırdılar. Növbəti əsrlərdə isə İtaliya turizmi, keçmiş ənənələrini saxlamaqla yanaşı, mədəni turizm, istirahət turizmi ən nəhayət, biznes müalicə turizmi üçün əsas məkanlardan birinə çevrildi.

 

Turistlərin yaş qrupu üstün məkanlar

 

İtaliyanı seçən turistlər əsasən iki yaş qrupuna bölünürlər, 35-44, 45-64. Birinci yaş qrupundan olan turistlər mədəni turizmə, ikinci qrup dağ-xizək müalicə turizminə üstünlük verir. 2012-ci ilin statistik göstəricilərinə görə turistlərin cəmi 13 faizi istirahət üçün ölkənin cənubunu, dəniz sahilini seçib. Coğrafi nöqteyi-nəzərdən daha məşhur bölgələr mərkəzi hissə şimal rayonları hesab olunur ki, burada da dağ-xizək müalicə turizmi inkişaf edib. Bununla belə, İtaliyada ən zəngin mətbəx cənub mətbəxi hesab edilir. Turistlərin ən çox səyahət etdiyi şəhərlər Roma, Milan, Venesiya Florensiyadır. Qonaqpərvərlik təhlükəsizlik baxımından turistlər Sardiniya adasına üstünlük verirlər. Tarixi baxımdan isə şəksiz lider Romadır. Təbii zənginlik mətbəx çeşidliliyini sevənlər Abruçço, Kalabariya Kampaniya bölgələrinə üz tuturlar.

 

Regionlar

 

Şimal-Qərbi İtaliyada turistlərin ən çox baş çəkdiyi Venesiya, Verona, Parma şəhərləri yerləşir. Sevgililər şəhəri kimi tanınan Venesiya ilə Alp dağlarının ətəklərində yerləşən birinci dərəcəli dağ-xizək kompleksləri turistlərin marağına səbəb olur. Bu yerlər eyni zamanda turistləri dadlı mətbəxi çeşid-çeşid şərabları ilə cəlb edir.

İtaliyanın ən çox ziyarət olunan bölgəsi heç şübhəsiz mərkəzi hissədir, çünki burada paytaxt Roma yerləşir. Təkcə əfsanəvi Kolizeyi ziyarət etmək üçün milyonlara turist bu şəhərə axışır. İtaliya intibahının doğulduğu Florensiyanın da mərkəzi hissədə yerləşməsi bölgənin əhəmiyyətini artırır. Tuscani, Siena, Pisa kimi kifayət qədər turist qəbul edən şəhərlər, Abruzzo, Maiella Milli Parkı, Sirente-Velino Regional Parkı da burada yerləşir.

Ölkənin cənub hissəsində yerləşən qədim Pompey şəhəri İtaliyanın ən çox turist qəbul edən üçüncü, dünyanın isə 48-ci şəhəridir. Buraya ildə 2,5 milyondan çox insan baş çəkir. Buraya ən çox qədim tarixi öyrənmək istəyən, xarabalıqlarda o illərin izlərini axtaranlar üz tuturlar.

 

Adalar

 

Turizm baxımından əsas adalar Siciliya, Sardiniya Kalabriayadır. Siciliya zəngin arxeologiyası mətbəxi ilə bütün dünyada məşhurdur. Sardiniya adasındakı xarabalıqlar İtaliya tarixinin ən qədim dövrlərini əks etdirir. Bununla yanaşı ada çimərlik turizmi üçün ideal məkanlardan sayılır. Kalabriya isə isti dənizi, çimərliyi arxeoloji zənginliklərinə baxmayaraq, nisbətən az turist cəlb edir.

 

Sadiq Musa

 

Mədəniyyət.- 2014.- 12 mart.- S. 10.