Fransa radiosununDünya rəngləri”ndə Azərbaycan musiqisi

 

Fransanın “France-Musique” radio kanalında Azərbaycan musiqisinə həsr olunan veriliş səslənib. Dünya rəngləriadlanan verilişdə Azərbaycanda üç musiqi janrının - muğam, caz aşıq musiqisinin tarixi ölkənin mədəni həyatında tutduğu yer barədə dinləyicilərə məlumat verilib. Həmçinin istedadlı xanəndə Arzu Əliyevanın Parisin Abess teatrındakı konsertindən, virtuoz caz ifaçısı Şahin Növrəslinin musiqi aləminə gəlişindən yaradıcılığından bəhs olunub.

Azərbaycan haqqında ümumi məlumat verən jurnalist Fransuaz Dejorj ölkəmizin Fransadakı səfiri Elçin Əmirbəyovdan istedadlı cazmen Şahin Növrəslidən aldığı müsahibələri səsləndirib.

Səfir Elçin Əmirbəyov muğam haqqında söz açaraq Azərbaycan mədəniyyətinin ən mühüm tərkib hissələrindən biri olan muğama ölkəmizdə yüksək səviyyədə diqqət yetirildiyini, onun UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edildiyini bildirib. Şahin Növrəsli isə Azərbaycanda cazın tarixindən inkişaf tendensiyalarından danışıb.

Bir saatdan çox davam edən verilişdə gənc xanəndə Arzu Əliyevanın ifasında muğam səslənib, Şahin Növrəsli və Ədalət Nəsibovun ifasında caz və aşıq musiqiləri təqdim edilib.

 

Mədəniyyət.- 2014.- 12 mart.- S. 12.