Şirvan şəhərinə həsr olunmuş kitabın müzakirəsi
Martın 3-də Şirvan Şəhər Mərkəzi kitabxanasının uşaq şöbəsində diyarşünaslıq biliklərinin artırılması məqsədilə şair-publisist Eldar Qəmərlinin “Şirvan şəhəri” kitabının müzakirəsi keçirilib.
Tədbiri jurnalist Yaqut Hüseynova açaraq Eldar Qəmərlinin həyat və yaradıcılığı haqqında məlumat verib. Şəhər Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Gülşən Vəliyeva, 4 saylı tam orta məktəbin müəllimi Əbil Əhmədov, Mədəniyyət evinin əməkdaşı, şair, publisist Nurlan Qədimov, Mərkəzi kitabxananın əməkdaşları Alma Cəfərova, Vəzufə Xudiyeva, Kəmalə İsayeva, Mehriban Novruzova, 9 saylı tam orta məktəbin tarix müəllimi Fərqanə Babanlı və digər çıxış edənlər kitabın Şirvan şəhərinin tarixi haqqında dəyərli mənbə olduğunu, müəllifin əsəri yazarkən müxtəlif araşdırmalar apardığını bildiriblər.
Şirvan şəhər MKS-nin direktoru İltifat Nəbiyev Eldar Qəmərli ilə tanışlığının gənc yaşlarına təsadüf etdiyini, onu səmimi, safürəkli insan kimi tanıdığını, əsərlərini hər zaman sevə-sevə oxuduğunu vurğulayıb.
Sonda tədbir
iştirakçılarına Eldar Qəmərlinin
“Evləri köndələn yar”,
“Ağacdələn”, “Şirvan şəhəri”
kitabları hədiyyə olunub.
Mədəniyyət.- 2014.- 12 mart.-
S. 13.