Türkiyədə
Əli bəy Hüseynzadəyə həsr olunmuş
konfrans
Türkiyənin İstanbul Aydın Universitetində Əli bəy Hüseynzadənin 150 illik yubileyinə həsr olunmuş "Azərbaycanda milli oyanış hərəkatı, Hüseynzadə Əli Turan bəy və türk birliyi" mövzusunda konfrans keçirilib. Konfrans Türk Ocaqları İstanbul Şöbəsi və Avrasiya Araşdırmaları İnstitutunun Türk Şurası tərəfindən təşkil edilib.
Universitetin rektoru, professor Yadigar İzmirli Əli bəy Hüseynzadənin türk birliyi ilə bağlı ideoloji nəzəriyyəsinin əhəmiyyətindən danışaraq bildirib ki, bu ideyalar ondan sonrakı nəsillərə də ciddi təsir göstərib.
Türk Ocaqları İstanbul
Şöbəsinin sədri Cezmi Bayram, Azərbaycan Milli Məclisinin
deputatı Qənirə Paşayeva tədbirin
Əli bəy Hüseynzadə kimi böyük şəxsiyyətlərin irsinin öyrənilməsinin bu
gün üçün
də aktual olduğunu
diqqətə çatdırıblar.
Mədəniyyət.- 2014.- 12 mart.-
S. 14.