Gürcüstan nümayəndə heyəti Milli Kitabxana ilə tanış olub

 

Martın 12-də Gürcüstan Milli Parlament Kitabxanasının kitabxana resursları üzrə direktor müavini Levan Taktakişvili, informasiya texnologiyaları şöbəsinin müdiri Arçil Takniaşvili, ekspert David Mçedlişvili M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında olublar. Gürcüstan nümayəndə heyəti Azərbaycan Milli Kitabxanasında tətbiq olunan avtomatlaşdırılmış VTLS Virtua sistemi ilə tanış olub, ayrı-ayrı modulların tətbiqini əyani surətdə izləyib.

 

Mədəniyyət.- 2014.- 14 mart.- S. 4.