Bir bənd şeir” müsabiqəsinə yekun vurulub

 

Azərbaycan Yazıçılar Birliyində “Bir bənd şeir” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. AYB-nin mətbuat xidmətinin rəhbəri Xəyal Rza yanvarın 2-dən elan olunmuş müsabiqəyə 148 şeirin təqdim olunduğunu bildirib. Onlardan 30-nu müsbət qiymətləndirən münsiflər heyətinin yekun qərarı ilə 3 müəllif - Furqan Sadiq, Mais Təmkin, Firdovsi Rəsul qalib elan edilib.

 

Mədəniyyət.- 2014.- 14 mart.- S. 4.