Vyanada Novruz konserti

 

Martın 11-də Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzində Novruz münasibətilə konsert keçirilib. Mərkəzin rəhbəri Leyla Qasımova tədbiri açaraq baharın müjdəçisi olan Novruz bayramı haqqında məlumat verib. Bildirilib ki, Novruz Azərbaycanda böyük sevgi ilə ən əziz bayram kimi geniş şəkildə qeyd edilir. Elə bu səbəbdəndir ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın səyləri nəticəsində xalqımızın bu əziz bayramı UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib. 2010-cu ildə isə BMT Baş Məclisi 21 mart tarixini Beynəlxalq Novruz Günü elan edib.

SonraNovruz Azərbaycandaadlı videomaterial nümayiş etdirilib. Tədbirin bədii hissəsindəButa” instrumental ansamblı bayram konserti ilə çıxış edib. Konsertdə Azərbaycan xalq bəstəkar mahnıları, milli muğamlarımız səsləndirilib, Dövlət Mahnı Rəqs Ansamblının solistləri milli rəqslərimizi məharətlə ifa ediblər. Konsert səməni ilə bayram rəqsi Yallısədaları altında sona çatıb.

Tədbirdə Vyanada akkreditə olmuş diplomatik korpusun təmsilçiləri, Avstriyada yaşayan həmvətənlərimiz və yerli ictimaiyyət nümayəndələri iştirak ediblər. Qonaqlara Azərbaycan milli şirniyyatlarından ibarət bayram hədiyyələri paylanıb.

 

Mədəniyyət.- 2014.- 14 mart.- S. 5.