Taras Şevçenko
- əsrlər arxasından baxış
Böyük Ukrayna şairinin
200 illiyi Bakı Slavyan Universitetində qeyd olundu
Martın
12-də Bakı Slavyan
Universitetində görkəmli
Ukrayna şairi, yazıçı, rəssam
Taras Şevçenkonun
200 illik yubileyinə həsr olunmuş tədbir keçirildi.
Tədbiri universitetin tədris
işləri üzrə
prorektoru, professor Asif Hacıyev açaraq Taras Şevçenkonun həyat
və fəaliyyətindən
geniş danışdı.
Vurğuladı ki, Taras Şevçenkonun
200 illiyinin Ukraynadan kənarda da geniş şəkildə
qeyd olunması böyük şairə, onun yaradıcılığına
olan rəğbət və məhəbbətdən
irəli gəlir. Qeyd etdi ki,
Vətənə dərin
məhəbbət hissləri
aşılayan şeirləri
ilə Taras
Şevçenko Azərbaycanda
da sevilir.
Ukraynanın Azərbaycandakı səfirliyinin
nümayəndəsi Rüstəm
Rüstəmov Ukrayna xalqına və mədəniyyətinə göstərdiyi
diqqətə görə
universitet kollektivinə
təşəkkürünü bildirdi. O, Ukrayna və Azərbaycan xalqlarının
dost olduğunu, həmişə
çətin günlərdə
bir-birinə dayaq durduğunu vurğuladı.
Qeyd etdi ki, Azərbaycan
ədəbiyyatının bir
çox tanınmış
nümayəndələrinin də əsərləri Ukrayna dilinə tərcümə olunaraq oxucuların istifadəsinə
verilib.
Tədbirdə çıxış edən
digər qonaqlar və universitetin müəllimləri məşhur
Ukrayna şairinin çoxmənalı poeziyasından,
vətən, millət
hissləri ilə dolğun olan əsərlərindən, dərin
və geniş estetik dəyərə malik olan ədəbi
irsindən söz açdılar. Onun ədibi yaradıcılığında
vətən və millət mövzusunun mühüm ideya daşıdığını vurğuladılar.
Tədbirdə BSU-dakı Ukrayna Mədəniyyət Mərkəzi
nəzdində yaradılan
tələbələrdən ibarət “Slavyanoçka” ansamblı “Taras Şevçenko - əsrlər
arxasından baxış”
adlı kompozisiya təqdim etdi. Ansamblın çıxışı
şairin portretləri
və çəkdiyi
rəsmlərdən ibarət
slayd-şou ilə müşayiət olundu.
Tələbələrin çıxışlarında şairin həyat və fəaliyyətinin müxtəlif dövrləri
haqqında məlumat verildi, Ukrayna və Azərbaycan dilində şeirləri səsləndirildi.
Tədbirdə T.Şevçenko adına IV beynəlxalq
ədəbiyyat müsabiqəsinin
qalibləri təltif edildi. Müsabiqə Ukraynanın ölkəmizdəki
səfirliyinin dəstəyi
ilə Azərbaycandakı
Ukrayna diasporu tərəfindən tələbələr
və məktəblilər
arasında keçirilib.
Fariz Hüseynov
Mədəniyyət.- 2014.- 14 mart.-
S. 5.