Polşada azərbaycanlı rəssamın
sərgisi
Polşada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin üzvü, azərbaycanlı rəssam Həmid İbadullayevin Varşavadakı Mazovetski Mədəniyyət və İncəsənət Mərkəzində sərgisi açılıb.
Azərbaycanın Polşadakı səfirliyinin və Mazovetski Mədəniyyət və İncəsənət Mərkəzinin təşəbbüsü ilə keçirilən sərginin açılışında səfir Həsən Həsənov, mərkəzin direktoru Aleksandra Kielan, Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Şəhla Kazımova, Polşada fəaliyyət göstərən Azərbaycan diasporunun üzvləri, ictimaiyyətin nümayəndələri, xarici diplomatlar iştirak ediblər. Əvvəlcə Şəhla Kazımova və Aleksandra Kielan sərgi haqqında danışıblar.
Sonra səfir Həsən Həsənov qonaqlara Azərbaycan rəssamlıq məktəbi, bu məktəbin tanınmış nümayəndələri haqqında məlumat verib. O, Polşanın bir çox bölgələrində Azərbaycan rəssamlarının əsərlərinə rast gəldiyini vurğulayıb. Həmid İbadullayevin Azərbaycan rəssamlıq məktəbinin gənc nümayəndələrindən biri olduğunu söyləyən səfir onun yaradıcılığında Avropa məktəbinin təsirinin olduğunu diqqətə çatdırıb.
Mərasim canlı musiqi
ifaları ilə müşayiət olunub.
Sərgi aprelin 30-dək davam edəcək.
Mədəniyyət.- 2014.- 14 mart.- S.
7.