Gənclərin turizm bilgilərinin artırılması

 

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Mingəçevir şəhərində turizm sahəsi ilə bağlı layihə icra olunur. «Region gənclərinin turizm bilgilərinin artırılması» adlı layihədən müxtəlif regionlardan 20-dək gənc faydalanır. Layihənin əlaqələndiricisi Babək İsakovun verdiyi məlumata görə, əksəriyyəti Mingəçevir Turizm Kollecinin tələbə gəncləri olan iştirakçılara dünya turizmi haqqında təlimlər və təqdimatlar təşkil edilir.

 

Fəxriyyə Abdullayeva

 

Mədəniyyət.- 2014.- 14 mart.- S. 9.