İşi bilməyən insanlar sektora daxil olub süni rəqabət yaradırlar”

 

“Belə hotellər bazarda uzun müddət duruş gətirə bilmirlər, amma nəticədə bu, ölkə turizminə ziyan vurur, xidmətin keyfiyyətini aşağı salır”

 

“Hotellərimiz” rubrikasında bu dəfə həmsöhbətimiz “Sapphire” mehmanxanasının baş meneceri Sevinc Hacıyevadır. Artıq bu sahədə öz şəbəkəsini quran mehmanxana yerli turizm bazarında üç hotellə təmsil olunur. Fəaliyyətini əsasən biznesresort istiqamətində quranSapphire” beynəlxalq aləmə açılmaq, dünyadan ölkəmizə daha çox turist cəlb etmək niyyətindədir. Bu xüsusda gələn il Bakıda baş tutacaq ilk Avropa Oyunlarından da gözləntiləri böyükdür. Söhbətimizdən o da aydın oldu ki, ölkə turizm inkişaf etsə də, sektorun daha da irəliləməsi üçün görülməli işlər hələ çoxdur.

- Sevinc xanım, əvvəlcə turizm sektoruna gəlişiniz barədə məlumat verərdiniz.

- Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər fakültəsini bitirmişəm. İlk yerim ixtisasımla bağlı olub, bir müddət Xarici İşlər Nazirliyində çalışmışam. Sonra özümü aktiv həyatında sınamaq istədim. O vaxt hotelçilik, turizm sektoru ölkədə yeni qurulurdu, mehmanxana sayı, çeşidi indiki kimi deyildi. İndikiAvropahotelinin idarə edilməsi məqsədilə Türkiyədən mütəxəssislər cəlb olunmuşdu. Kadr seçimini müsabiqə yolu ilə həyata keçirirdilər. Mən də müsabiqə yolu ilə bu hoteldə işə qəbul olundum. İlk işimreceptionoldu, daha sonra ön büro müdirinin müavini, maliyyə və qiymətləndirmə, ictimaiyyətlə əlaqələr şöbələrində çalışdım. Mənim bir hotel işçisi, idarəçi kimi formalaşmağımda peşəkar rəhbərlərimin böyük rolu olub. Təbii ki, özüm də işə çox can yandırırdım. İş vaxtım səhər saat 9-dan başlayır, axşam saat 11-də yekunlaşırdı. Bu zəhmətin müqabilində hotelçiliklə, idarəetmə ilə bağlı müəyyən təcrübəyə yiyələndim. Rəhbərliyin mənə dediyi bir sözü heç unutmuram. Bütün şöbələrdə çalışdıqdan sonra baş direktorun müavini olduğumda o mənə dedi: “Biz sənin qoluna qızıl bilərzik taxdıq, o, həmişə sənə yardımçı olacaq”. Doğrudan da elə oldu. Mən bu güno zaman öyrəndiklərimi, mənə öyrədilənləri öz işimdə tətbiq edirəm, personalla münasibəti eyni cür qurmağa, onların öz sahələrində püxtələşməsinə çalışıram.

- Rəhbərlik etdiyiniz hotellə əməkdaşlığa nə vaxtdan başlamısınız? Bir qədər də hoteliniz haqqında məlumat verərdiniz.

- Öncə onu deyim ki, “Sapphire” hotellər şəbəkəsi bu sahədə ilk milli brenddir. Birinci mehmanxanamız Səməd Vurğun küçəsində yerləşən hotel olub. Digər hotellərimizdən fərqli olaraq bu hotel mənim üçün çox doğmadır, çünki bu mehmanxananın tikintisində belə iştirak etmişəm, öz təklif və rəylərimi bildirmişəm. Hoteli açdıq, bir ildən sonra isə beşulduz dərəcəsi aldıq. Həmin il paytaxtımızda keçirilən “Eurovision” mahnı müsabiqəsinə təsadüf etdi. Ölkəmizə təşrif buyuran əcnəbi qonaqların bir qismi bizim hoteldə qaldı. Bu bizim üçün əlavə uğur oldu. Hotelimizlə bağlı isə qısaca onu deyim ki, burada beşulduz kateqoriyasına uyğun biznes klassdelüks tipli otaqlar, konfrans zalı, restoranbar xidməti fəaliyyət göstərir və doluluq səviyyəmizdən də məmnunuq. Artıq 4-cü ildir ki, fəaliyyətdəyik.

- Bu gün beynəlxalq brendlərlə rəqabət şəraitində fəaliyyət göstərmək necə, çətin deyil ki?

- Əksinə, mən deyərdim ki, beynəlxalq brendlərlə sağlam rəqabət mühitində çalışmaq ümumi işin xeyrinədir. Bundan həm müştəri, həm ölkə turizmi, həm də biz bir hotel kimi qazanırıq, təcrübə mübadiləsi edirik, çatışmayan tərəflərimizi düzəltməyə çalışırıq. Müştərilər də asanlıqla öz büdcələrinə, tələblərinə uyğun hotel seçimi edə bilirlər. Bizim üçün problem yaradan brend hotellər deyil, əsas problem son illər işi bilməyən insanların bu sektora daxil olması, bazarda süni rəqabət yaratmasıdır. Onlar bazara yeni xidmətlər deyil, sadəcə, qiymətləri endirməklə daxil olmaq istəyirlər. Bu səbəbdən də xidmətin keyfiyyətini aşağı salırlar, sahib olduqları ulduz dərəcəsinə uyğun fəaliyyət göstərmirlər. Düzdür, bu hotellər bazarda uzun müddət duruş gətirə bilmirlər, iflas edib sektordan ayrılırlar. Ancaq nəticədə yenə də normal fəaliyyət göstərən, işini müasir tələblər səviyyəsində quran hotellər bundan əziyyət çəkir. Ümumi götürdükdə isə bu, ölkə turizminə ziyan vurur, xidmətin keyfiyyətini aşağı salır.

Bu gün ölkə turizminin qarşısında duran əsas vəzifə yüksək xidmət və bu xidmətə uyğun qiymət müəyyənləşdirməkdir. Mən bir idarəçi kimi qiymətlərin gərəksiz şişirdilməsinin əleyhinəyəm. Bu da müştərilərin seçiminə, ölkəmizə gələn turistlərin sayına təsir edir, onlar daha münasib qiymət və xidmət təklif edən ölkələrə üz tuturlar. Məsələn, bizim Şıx çimərliyində resort hotelimiz var. Ancaq sırf istirahət məqsədilə ölkəmizə gələn turistlərin sayı az olduğundan biz məcburən onu da biznes yönündə istifadə edirik. Ancaq şərtlər münasib olsa, biz də maraqlıyıq ki, hotelimizi təyinatı üzrə istifadə edək. Hava nəqliyyatı ilə bağlı problemlərimiz var. Müştərilər Bakıya gəlişin bahalı olduğunu deyirlər. Mən özümxarici ölkələrdə tez-tez oluram. Ünsiyyətdə olduğum əcnəbilər də daha az məbləğə hava nəqliyyatından istifadə etdiklərini deyirlər. Elektron viza sisteminə keçid işimizə müsbət təsir edib, bu sahədə Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə xeyli işlər görüldü. Belə yeniliklər davamlı olarsa, bu, ölkəyə gələn turistlərin sayına müsbət təsir edər. Bundan əlavə, turistlərin marağına səbəb olacaq yeni sahələr də fəaliyyətə başlamalı, mədəni istirahət imkanları, incəsənət aləmi daha rəngarəng olmalıdır. Məsələn, bir çox müştərilərimiz bizdən Bakıda niyə müzikllərin göstərilmədiyini soruşurlar.

- Bu gün hotellərin üzləşdiyi əsas problemlərdən biri də ixtisaslı kadr məsələsidir. Bununla bağlı sizdə vəziyyət necədir?

- İxtisaslı kadr məsələsi bütün hotelçilərin problemidir. Düzdür, Azərbaycan Turizm İnstitutu kadr hazırlığı ilə məşğuldur, ancaq bu, kifayət deyil. Yeni peşə məktəblərinin açılmasına böyük ehtiyac var. Bazarda bu sahədə çalışmaq istəyən peşəkar insanlara tələbat da böyükdür. Ancaq çox təəssüf ki, hələ bu məsələ tam həllini tapmayıb. Bu səbəbdən çalışırıq ki, müəyyən yollarla işçilərimizi qoruyaq. Daha çox menecerlərin formalaşmasına çalışırıq. Çünki digər işçilər yerdəyişməyə daha çox meyllidirlər və cüzi məvacib fərqinə görə yeni açılan hotellərə üz tuturlar. Bu təbəqədən olan işçilər peşəkarlaşmağa yox, müvəqqəti qazanca üstünlük verirlər. Şəxsən mən bir baş menecer kimi personalın karyerasında irəliləməsinə daha çox diqqət ayırıram, digər hotellərimizdə başqa vəzifələrə keçirirəm ki, həm peşəkarlaşa bilsinlər, həm də bu sahəyə maraqları azalmasın. Əgər söhbət hotelin indiki kadr durumundan gedirsə, güclü menecer heyətimiz var və çalışırıq ki, birlikdə qarşımızda duran işlərin öhdəsindən gələk, müştərilərimizi məmnun edə biləcək xidmət səviyyəsini qoruyub saxlayaq.

- “Sapphire” hotellər şəbəkəsi olaraq gələcək planlarınız nələrdir?

- Bu gün əsas diqqətimizi hotelimizin həm ölkə, həm də beynəlxalq səviyyədə tanıdılmasına ayırmışıq. Etiraf etmək lazımdır ki, beşulduzlu hotel olmağımıza, yüksək səviyyəli xidmətə baxmayaraq, hələ ki, nə Azərbaycanda, nə dünyada istədiyimiz kimi tanınmamışıq. Bunun obyektiv səbəbi də var. İstədik ki, bütün hotelləri istifadəyə açaq, ondan sonra piar işini həyata keçirək. Çox şükür ki, indi o mərhələdəyik. Üzümüzə gələn ildə beynəlxalq əlaqələrimizi daha da genişləndirmək, Avropa Oyunları ərəfəsində paytaxtımıza daha çox turist cəlb etmək niyyətindəyik. Artıq bu məqsədlə beynəlxalq piar şirkətləri ilə əlaqələr qurmuşuq, bu istiqamətdə işlərimiz, demək olar ki, başlayıb. İnanıram ki, paytaxtımızda ilk dəfə keçiriləcək Avropa Oyunları həm ölkəmiz, həm də biz hotelçilər üçün uğurlu olacaq.

 

Sadiq Musa

 

Mədəniyyət.- 2014.- 14 mart.- S. 10.