“Səməni” incəsənət müsabiqəsinin qalibləri mükafatlandırılıb

 

Martın 18-də - İlaxır çərşənbə günündə Heydər Əliyev Mərkəzinin parkında “Səməni” beynəlxalq incəsənət müsabiqəsi təşkil olunub. Mərkəzin parkında 31 rəssam və heykəltəraşın fərqli dizaynda təqdim etdiyi səmənilər sərgilənib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva da müsabiqəyə təqdim olunmuş səmənilərə baxıb və nömrələnmiş işlərə səs veriblər. Bildirilib ki, hər bir tamaşaçının 3 eyniya 3 müxtəlif əsərə səs vermək imkanı var.

Müsabiqə üzrə səsvermənin nəticələrinə əsasən, Novruz Məmmədov, Elvin Nəbizadə və Lamiyə Əhməd müvafiq olaraq birinci, ikinciüçüncü yerləri tutublar.

Heydər Əliyev Mərkəzinin həyata keçirdiyi yeni layihə - “Səməni” beynəlxalq incəsənət müsabiqəsi milli adət-ənənələrimizi, dəyərlərimizi yaşatmaq, Novruzu müasir incəsənətin sərhəd tanımayan dili ilə daha geniş şəkildə təbliğ etmək, tanıtmaq məqsədi daşıyır.

Müsabiqəyə təqdim olunan səmənilər iyunun 1-dək Heydər Əliyev Mərkəzinin parkında nümayiş etdiriləcək.

 

Mədəniyyət.- 2014.- 19 mart.- S. 2.