Tarixi irslə yeni tanışlıq

 

Şirvanşahlar Sarayı Kompleksində müasir muzey ekspozisiyası qurulub

 

Martın 17-də Şirvanşahlar Sarayı Kompleksində yeni yaradılmış muzey ekspozisiyası təqdim edilib. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva yeni ekspozisiya ilə tanış olublar.

Şirvanşahlar Sarayı Kompleksi tarixində ilk dəfə olaraq qonaqları müasir dünya standartlarına cavab verən muzey ekspozisiyası ilə qarşılayacaq. İçərişəhər ərazisində yerləşən çoxsaylı tarixi abidələrin qorunub saxlanılması, bərpası və təbliği sahəsində həyata keçirilən genişmiqyaslı işlər Prezident İlham Əliyevin milli mədəni irsimizə göstərdiyi daimi diqqət və qayğısı nəticəsində mümkün olub.

Ölkəmizin mədəni dəyərlərinin, o cümlədən zəngin tarixi-memarlıq irsinin incilərindən biri olan İçərişəhərin qorunmasında və dünyada tanıdılmasında Azərbaycanın birinci xanımı, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun böyük rolu xüsusi qeyd edilməlidir. Məhz Heydər Əliyev Fondunun təşəbbüsü ilə maddi-mədəniyyət abidələrimizin, xalqımızın zəngin mənəvi irsinin qorunması və təbliği istiqamətində müxtəlif layihələrin ardıcıl olaraq həyata keçirilməsi nəticəsində Azərbaycan mədəniyyəti dünya miqyasında tanınmağa başlayıb.

Şirvanşahlar Sarayı Kompleksində muzey ekspozisiyasının hazırlanması prosesində abidənin tarixi, memarlıq xüsusiyyətləri, saray həyatı haqqında elmi tədqiqatlar aparılıb, müvafiq məlumatlar toplanaraq sistemləşdirilib. Yeni ekspozisiyanın yaradılmasına yerlixarici mütəxəssislər cəlb olunubbu işlər dünya muzeylərinin tərtibatı sahəsində ixtisaslaşan Avstriyanın “Arteks” şirkəti ilə birgə həyata keçirilib. Ekspozisiyada zəngin muzey eksponatları ilə yanaşı, videoproyeksiya, animasiyalı multimedia, audiovideo təqdimatlardan da geniş istifadə olunub. Qonaqlar multimedia bələdçilərindən də faydalana biləcəklər. “İpad Mini” bazasında hazırlanmış multimedia bələdçisi vasitəsilə ekspozisiyanın mövzuları ilə bağlı audio yazını Azərbaycan, ingilis, rus, alman və fransız dillərində dinləmək, müvafiq fotovideo materiallarla tanış olmaq mümkün olacaq. Şirvanşahlar tarixinin həcmli animasiyalı modeli isə buraya gələnlərdə xüsusi maraq doğuracaq.

 

Mədəniyyət.- 2014.- 19 mart.- S. 2.