Üzeyir bəy Novruzu
sevirdi
Bahar bayramı Üzeyir Hacıbəylinin ən çox sevdiyi bayram idi. Təsadüfi deyil ki, dahi bəstəkarımız bahara musiqi həsr etmişdi.
Şahidlərin söylədiklərinə görə, Üzeyir bəyin yaşadığı evlə üzbəüz bina kimsəsiz uşaqlar evi idi. Hər il Novruz bayramında Üzeyir bəy şirniyyat, pal-paltar, dəftər-qələm aldıraraq bu uşaqlara göndərirmiş. Novruz günlərində dahi bəstəkarımızın evi müdam qonaq-qaralı olarmış.
Martın 18-də Üzeyir bəyin evində yenə qələbəlik idi. Burada bəstəkarın sevimli bayramı olan Novruz qeyd edilirdi. Binəqədi rayonu 102 saylı orta məktəbin kollektivi muzeyə qonaq gəlmişdi.
Tədbiri muzeyin ekspozisiya şöbəsinin müdiri
Gülnarə Ələsgərova açaraq
qonaqları bayram münasibətilə təbrik
etdi. Sonra
iştirakçılar Üzeyir bəyin
“Bahar nəğməsi” adlı musiqisini dinlədilər. Məktəbin
şagirdləri - Bahar qızı, Kosa, Keçəl geyimlərində
iştirakçılara şirniyyatlar
payladılar. “Naz eləmə”, “Süleymani” və başqa
Azərbaycan milli rəqsləri ifa olundu. Sonda
tədbir iştirakçıları Üzeyir
Hacıbəylinin həyat və
yaradıcılığını əks etdirən sənədli
filmə tamaşa etdilər.
Mədəniyyət.- 2014.- 19 mart.-
S. 6.